AKF 2023
İdmançılar və onların ətrafında olan şəxslər, rəsmi şəxslər (hakimlər, məşqçilər, tibbi heyət və s.), Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş Kapoeyra İdman Klubları / Cəmiyyətləri / Təşkilatlarının kapoeyra üzrə bölmələri gündəlik iş fəaliyyəti zamanı, həmçinin AKF-nin rəsmi yarışları / tədbirləri və ya tanıdığı yarışlar və tədbirlər zamanı Yerli Təşkilat Komitəsinin üzvləri, AKF-nin tərəfdaşları, könüllülər və əmək və ya xidmət müqaviləsi ilə və yaxud könüllülük əsasında AKF-nin fəaliyyətinə cəlb olunmuş hər bir şəxs (bundan sonra
“İştirakçı” adlanacaq) AKF-nin hazırki Etika Qaydalarında müəyyən olunmuş bütün davranış qaydaları və prinsiplərə riayət etməlidirlər.
Hazırki Qaydalar bütün iştirakçılar üçün məcburi olan AKF mühitində gündəlik fəaliyyət və yarış zamanı minimum davranış standartları və prinsiplərini, peşəkar davranış qaydaları və münasibətlərini əks etdirir.
Hazırki Qaydaların əsas məqsədi mümkün davranış risklərini minimuma endirmək, AKF daxilində sağlam mühit yaratmaq və bütün iştirakçıların təhlükəsizliyini təmin etməkdir.
Davranış qaydalarına bütün “İştirakçılardan” gözlənilən davranış və rəftar standartları daxildir. Bu davranış qaydaları arzu olunan nəticənin əldə olunması məqsədilə araşdırmalar və təcrübəyə əsaslanaraq müəyyən olunmuşdur.
İdmanda etik davranışa yalnız bu Qaydalar vasitəsilə deyil, bütün iştirakçıların etik davranış və rəftar nümayiş etdirmək üçün çalışdıqlarında, nail olmaq mümkündür. Klublar, nüməyəndəliklər ictimai standartlar və qanunazidd davranışlar barəsində tədbirlərin görülməsi üçün hüquqi və mənəvi məsuliyyət daşıyırlar.
Milli səviyyədə kapoeyra idman növünə aid bütün fəaliyyətlərdə insan haqları və ləyaqətinə hörmətlə yanaşmalıdır. İrq, dəri rəngi, cinsiyyət, cinsi orientasiya, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, mülkiyyət, fiziki və ya əqli imkanların məhdud olması, fiziki xüsusiyyətlər və ya statusa aid diskriminasiyalar daxil olmaqla, istənilən növ ayrıseçkilik qadağandır. Dopinqdən istifadə bütün səviyyələrdə tamamilə qadağandır. Ümumdünya Kapoeyra Federasiyası (WCF), Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Olimpiya Hərəkatının Anti-dopinq Qaydaları, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) “Yarış
Nəticələrinə Müdaxilənin Qarşısı Alınmasına Dair” Qaydalarının bütün bəndlərinə dürüst şəkildə əməl olunmalıdır. Cinsi təqib, cinsi təhqir, fiziki təhqir, psixoloji təhqir və etinasızlıq daxil olmaqla, istənilən növ zorakılığa yol verilməməlidir və belə hallar ifşa olunmalıdır.
“İştirakçılardan” fəaliyyətləri zamanı düzgün davranış və rəftar nümayiş etdirmək, hazırki Qaydalarda göstərilən davranış qaydalarına və prinsiplərə riayət etmək, aid olduqları təşkilat və AKF-nin əməkdaşlıq etdiyi bütün digər təşkilatlar arasında yaranmış hər hansı bir maraq
toqquşması haqda AKF-yə məlumat vermək tələb olunur. “Maraq toqquşması” dedikdə, bir işdə şəxsi maraq və vəzifə arasında ziddiyyətin olduğu bir vəziyyət başa düşülür.
İştirakçılar öz vəzifələrini böyük səy və diqqətlə yerinə yetirməlidirlər. Onlar hər hansı yalnış bəyanat verməkdən çəkinməli, ləyaqətlə və hörmətlə davranmalıdırlar. AKF-nin nüfuzuna təsir göstərə biləcək qərar verərkən və ümumiyyətlə işləri həyata keçirərkən ədalətli olmalıdırlar.
“İştirakçılar”, fəaliyyəti AKF-nin Nizamnaməsi və qaydalarına uyğun olmayan müəssisə və ya şəxslərlə əlaqə saxlamamalıdırlar. “İştirakçılara” təzyiq göstərmək və yaxud da AKF-də qəbul edilən qərarların istiqamətinə təsir göstərməyə icazə verilmir. Onlar xüsusilə hakimlərin işinə və çıxışların qiymətləndirilməsinə təsir göstərmə məqsədi güdən hər hansı əməkdaşlıqdan çəkinməlidirlər.
İştirakçılar şəxsi maraqları olan hər hansı bir məsələ ilə əlaqədar olaraq güzəştli rəftar gözləyə və ya istəyə bilməzlər.
İctimaiyyətə açıq olmayan məlumatlara sahib olan iştirakçılar bu məlumatları özləri və ya başqa bir şəxs və ya təşkilat üçün hər hansı bir üstünlük əldə etmək üçün istifadə etməməlidirlər.
İştirakçılar göstərilən etimad və etibardan, tutduğu vəzifənin səlahiyyətlərindən və nüfuzundan sui-istifadə etməməlidirlər. Onlar nümunəvi davranış və rəftarın müvafiq standartlarını nümayiş etdirməlidirlər.
Qərəzli və əsassız iddia və ya şikayətlər dedikdə, AKF-yə verilən və şikayət etdiyi şəxsə zərər, pislik və ya narahatlıq gətirmək üçün edilən hər hansı iştirakçı ilə əlaqədar şikayət və ya iddia nəzərdə tutulur.
Qərəzli və əsassız şikayət etmək AKF-nin dəyərlərinin dürüstlüyünə ziddir və bu Qaydaların ciddi
pozuntusu hesab olunur.
“İştirakçılar” televiziya, sponsorlar, tərəfdaşlar və kapoeyra fəaliyyətlərini dəstəkləyənlərin töhfəsinin kapoeyra idman növünün inkişafı üçün vacib olduğunu dərk edir. Bütün dəstək göstərənlər və tərəfdaşlar AKF-nin Nizamnaməsi və qaydalarına və hazırki Etika Qaydalarına riayət etməlidirlər. “İştirakçılar” AKF-nin müstəsna məsuliyyət və səlahiyyəti olan rəsmi
yarışlarının / tədbirlərinin təşkilinə müdaxilə etməməli və ya maneə törətməməlidirlər.
“İştirakçılar” müvafiq təlimatlar, AKF-nin Nizamnaməsi və Qaydaları, AKF-nin Ümumi Yığıncaq və İcra Komitəsinin müvafiq qərarlarına riayət etməlidirlər. Onlar, hər hansı üçüncü şəxs tərəfindən AKF-nin Nizamnaməsi və Qaydalarına uyğun olmayan maliyyə mənfəəti və ya siyasi təsir əldə etmək məqsədilə edilmiş təkliflərdən imtina etməli və hər hansı üçüncü tərəfə bu cür təkliflərlə yanaşmaqdan çəkinməlidirlər.
AKF-nin rəsmi yarışları / tədbirlərinin təşkili və ya tanıdığı yarış və tədbirlərin təşkili və / və ya AKF-yə aid hər hansı bir fəaliyyət zamanı “İştirakçıların” birbaşa və ya dolayı yol ilə hər hansı mükafat, komissiya, mənfəət, qeyri-leqal gəlirin əldə olunmasını tələb, qəbul və ya təklif etmələri qəti qadağandır.
“İştirakçılar” tərəfindən dostluq və ya təqdir əlaməti olaraq hədiyyə verilə və ya qəbul edilə bilər. Hakimlərə və yarışların nəticələrinə təsir edə biləcək digər səlahiyyətli şəxslərə hədiyyələrin verilməsi qəti qadağandır.
İştirakçılar sosial media vasitələrindən (facebook, instagram, twitter və s.) istifadə edərkən
aşağıdakı davranış qaydalarına riayət etməlidirlər:
Sosial media vasitələrinin bütün növləri daxil olmaqla, digər şəxslər barəsində verilən bütün bəyanat, açıqlama və digər kommunikasiya növlərinin faktlara əsaslandığına, qəsdən zərər vermək niyyəti ilə edilmədiyinə əmin olmalıdırlar;
Sosial mediadan şəxsi olaraq istifadə edərkən, iştirakçılar AKF-nin rəsmi şəxsləri, işçiləri, könüllüləri, qonaqları və ya digər iştirakçılarına birbaşa və ya dolayısıyla böhtan atan, təhqir edən hər hansı bir material yerləşdirməməlidirlər;
İdmançı, məşqçi, rəsmi şəxslər və digərlərinə qəbul olunan qərarlar haqda məlumatın verilməsi və həmin qərarlar haqda düzgün məlumatın çatdırılmasını təmin etməlidirlər;
Bütün elektron məktub, mətn, ismarıc və sosial mediada paylaşılan “postların” şəffaf və peşəkar olduğunu təmin etməlidirlər;
Federasiyaya aidiyyəti olan səlahiyyətli şəxsə və ya orqanlara kapoeyra sahəsində fəaliyyət göstərən hər hansı bir iştirakçının nümayiş etdirdiyi təhqir və ya etinasızlıq haqda dərhal xəbər verməli və müvafiq tədbirin görülməsini təmin etməlidirlər;
Sosial media vasitələri də daxil olmaqla açıq ictimaiyyət qarşısında könüllülər, məşqçilər, rəsmi şəxslər və kapoeyraya aid fəaliyyətə cəlb olunmuş digər şəxsləri nalayiq surətdə tənqid etməkdən çəkinməlidirlər. Çətinliklər və ya narazılıqlar haqda düzgün formada məlumat verməlidirlər;
Kapoeyraya aid fəaliyyətlə məşğul olan “İştirakçıya” cavab verərkən, dürüst olmalı, lakin bununla bərabər nəzakətli formada faktlara əsaslanan konstruktiv yanaşma nümayiş etdirməlidirlər;
Emosiyaya qapılmamalı, soyuqqanlı olmalı və təhqirə səbəb ola biləcək sözlərdən istifadə etməməlidirlər.
Yerli Təşkilat Komitəsinin (YTK) üzvləri, könüllülər və digər iştirakçılar aşağıdakılara riayət etməlidirlər:
Yarış və ya tədbir iştirakçıları üçün hər zaman təhlükəsiz və dostluq mühiti yaratmalı;
Yarış və ya tədbir iştirakçılarına nəzakət və hörmətlə yanaşmalı;
İştirakçılar yarış zamanı AKF tərəfindən geyim və digər məsələlərlə bağlı təlimatlara əməl etməlidirlər.
AKF-nin rəsmi yarışları və ya tanıdığı yarışlarda iştirak edən idmançının çıxışları onunla yaxın qohumluq əlaqəsi olan hakim tərəfindən qiymətləndirilə bilməz. Belə bir maraq toqquşması meydana gəldikdə və ya meydana gəlməsi mümkün olduqda, müvafiq tədbirin görülməsi üçün AKF-nin Baş katibinə dərhal xəbər verilməlidir. Yaxın qohumluq əlaqəsi dedikdə, idmançının hazırda rəsmi nikahlı həyat yoldaşı olan və ya keçmişdə rəsmi nikahlı həyat yoldaşı olmuş və ya bacı, övlad, nəvə, qardaş / bacı oğlu, əmi / xala / bibi oğlu və ya qızı daxil olmaqla, yaxın qohum və ya sonradan qohum olmuş şəxslər nəzərdə tutulur.
Bütün “İştirakçılara” aid Davranış Qaydalarının əsas prinsipləri aşağıdakılardan ibarətdir:
İrq, dəri rəngi, cinsiyyət, cinsi oriyentasiya, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, mülkiyyət, fiziki və ya əqli imkanların məhdud olması,fiziki xüsusiyyətlər və ya statusdan asılı olmayaraq hər zaman bütün şəxslərlə münasibətdə hörmət nümayiş etdirərək ləyaqətlə davranmalıdırlar.
Dürüst və obyektiv olmalı, qəbul etdikləri qərar və atdıqları addımlar üçün məsuliyyət daşımalıdırlar;
Şəxsi ədavət və münaqişələrə yol açan davranışlardan çəkinməlidirlər;
Ədalətli oyun prinsipləri kimi idmanın müsbət tərəflərini daim önə çəkməli və həmin dəyərlərin həm yarış meydançası, həm də yarış meydançasından kənarda qorunub saxlanılmasına çalışmalıdırlar;
Müvəffəqiyyət və uğursuzluğu, qələbə və məğlubiyyəti ləyaqətlə qəbul etməlidirlər;
Qəbul olunan qərarların təhqir və şiddət olmayan mühitin hökm sürməsinə xidmət etdiyinə əmin olmalıdırlar. Qəbul olunan qərarlar obyektiv və ədalətli olmalıdır;
Təhqir etmək, şiddət göstərmək və ya fiziki xəsarət yetirməkdən, ümumiyyətlə xoşagəlməz, irq və ya gender əsaslı ayrıseçkilik salan, arzu olunmayan, alçaldıcı və ya ziyanverici davranış və ya sözlərdən çəkinməlidirlər;
Dopinqsiz idman dəyərlərini qoruyub saxlamalıdırlar. Narkotik, psixotrop maddə və ya qadağan olunmuş digər maddə və ya üsullardan istifadəni heç vaxt təbliğ etməməli və ya belə hallara biganə qalmamalıdırlar;
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan fəaliyyətlərlə məşğul olmamalı
və ya onları təbliğ etməməlidirlər;
Təhqiredici, dalaşqan və hədələyici sözlər və ya davranışa qarşı çıxmalı və bu haqda məlumat verməlidirlər;
AKF-nin sponsorlarla bağladığı müqavilələrin şərtlərinə riayət etməlidirlər;
Kapoeyraya aid hər hansı bir fəaliyyəti həyata keçirərkən rüşvət almaq və rüşvət verməkdən, mərc etməkdən, idmançıların nəticələrinə hər hansı bir yolla təsir göstərməkdən və ya korrupsiyanın hər hansı bir digər formasına cəlb olunmaqdan çəkinməlidirlər.
İştirakçılar
AKF və WCF-nin strategiya və qaydalarına, həmişə əməl etməlidirlər;
İdmançılar və məşqçilər, məşqçilər və rəsmi şəxslər, məşqçilər və valideynlər və ya rəhbər orqanlar arasında olan məlumatların məxfiliyini qoruyub saxlamalıdırlar;
Kapoeyraya aid bütün fəaliyyət növləri ilə məşğul olduqda nizam-intizama riayət etməli,
hazırlıqlı olmalı və hər bir işi vaxtlı-vaxtında görməlidirlər;
AKF-lə bağlanan bütün müqavilələrdlə qeyd olunan öhdəlikləri layiqincə yerinə yetirməlidirlər;
AKF, yığma komanda və ya klublar daxilində həmkarlarla əməkdaşlıq edərək, ədalətli və qərəzsiz surətdə, bütün “İştirakçıların” xüsusi rol və vəzifələrini, o cümlədən müvafiq işin görülməsində rəhbər tutulan qaydaları dərk edərək, çalışmalıdırlar;
AKF və aid olduqları klubların qaydalarına riayət etməlidirlər;
Vəzifələrinin icrası üçün istifadə etdiyi əmlakı qorumalı, sui-istifadə etməməli və ya zərər verməməlidirlər;
Sağlam və təhlükəsiz iş və ya məşq mühiti yaratmağa çalışmalıdırlar;
Texniki təhlükəsizlik tələblərinə, əmək təhlükəsizliyi qaydalarına riayət etməli, özünün və başqalarının həyatını və sağlamlığını təhlükə altına qoyan davranışlardan çəkinməlidirlər.
İdmançılara aid Davranış Qaydalarının əsas prinsipləri
İdmançılara aid Davranış Qaydalarının əsas prinsipləri aşağıdakılardır;
- AKF-nin Nizamnaməsi, WCF-in və digər mühüm qurumların kapoeyra idman növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara riayət etməlidirlər;
AKF-nin üzvlük anketi sənədi əsasında idmançı ilə bağlanmış müqavilənin müddəalarına əməl etməlidirlər;
Spirtli içki, narkotik, psixotrop maddələr və Beynəlxalq Anti-Dopinq Agentliyi tərəfindən qadağan olunmuş digər maddələrin və üsulların istifadəsindən çəkinməlidirlər. BOK, BGF, AMADA, Milli Olimpiya Komitəsi (MOK) və ya AKF tərəfindən təşkil olunan dopinq testlərinin götürülməsi ilə bağlı qaydalara riayət etməlidirlər;
Məşqçi və digər rəsmi şəxslərlə ciddi surətdə müvafiq peşəkar münasibətləri qoruyub
saxlamalıdırlar;
Narazılıq və narahatlıqları olduqda, valideyn, məşqçi və digər rəsmi şəxslərə bu haqda məlumat verməyə şüurlu şəkildə cəhd göstərməlidirlər;
Digər şəxslərlə münasibətdə hörmətlə və peşəkarcasına davranmalı və ünsiyyət
qurmalıdırlar. Sosial media vasitələrindən digər şəxslərin təhqir olunması və ya idmanın
nüfuzuna xələl gətirəcək tərzdə sui-istifadə etməməlidirlər;
Kapoeyra növü üzrə yarışlarda hakim və ya digər rəsmi şəxslərin qərarlarına ehtiramla yanaşmalıdırlar. Şikayət, fikir ayrılıqları və ya münaqişələr haqda məlumat AKF rəhbərliyinə müvafiq qaydada çatdırılmalıdır;
AKF-nin Nizamnaməsi, WCF-in və digər mühüm qurumların kapoeyra idman növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara riayət etməlidirlər;
“İştirakçıların” hazırki və uzun müddətli sağlamlığı, təhlükəsizliyi və rifahını hər şeydən üstün tutmalıdırlar;
“İştirakçıların” zədələnmə təhlükəsini azaltmalı və onların ümumi inkişafına böyük əhəmiyyət verməlidirlər;
Hər bir idmançının valideyn və / və ya qanuni nümayəndəsinə məlumat verilmiş, onun yaş və bacarıq səviyyəsinə uyğun olan əvvəlcədən planlaşdırılmış məşq proqramına əməl etməsini təmin etməlidirlər;
İdmançı, valideyn və / və ya rəsmi şəxslərlə peşəkar münasibət hədlərini ciddi surətdə qoruyub saxlamalıdırlar. Yarış zamanı valideynlərin idmançı, məşqçi və ya hakimlə ünsiyyət qurmasının qadağan olduğunu dərk etməli və bunun qarşısını almalıdırlar;
İdmançıların bildirdikləri narahatlıqlara diqqətlə qulaq asmalı və məsələnin həll olunması üçün bununla bağlı sonrakı əlavə tədbirləri nəzarətdə saxlamalıdırlar;
Keyfiyyətli xidmət göstərməli və işlərini bilmə bacarığını nümayiş etdirməklə peşəkarcasına davranmalı və işlərinə ehtiyatla yanaşmalıdırlar. İxtisas və məşqçi təcrübələrini təhrif etməməlidirlər;
Məşq şəraitinin təhlükəsiz olduğunu dəyərləndirməlidirlər;
Zədənin aradan qaldırılması və məşqə qayıtmaq məsələlərində ehtiyatlı olmaq
öhdəliklərini yerinə yetirməlidirlər;
idmançının digər idmançı ilə hər hansı bir fiziki təmasının məşq prosesinin vəziyyətə uyğun olması və idmançıların bacarıqlarının inkişaf etdirilməsi və / və ya təhlükəsizliyi üçün vacib olmasına əmin olmalıdırlar;
İstedad, inkişaf mərhələsi və məqsədlərə müvafiq olaraq, hər bir idmançıya maksimum potensialına çatmağa köməklik göstərməlidirlər;
Hər bir idmançıyla şəxsiyyət kimi davranmalı və onları müvəffəqiyyətə hazırlamalıdırlar;
AKF-nin “Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair” Qaydalarına uyğun olaraq müvafiq ixtisasa yiyələnməli və onu təsdiq etməlidirlər. Məşq prosesini daim dəyişən müasir məşqçilik təcrübəsinə uyğun aparmalıdırlar;
Hər hansı bir yarış qaydalarına zidd olaraq idmançıya ədalətsiz yolla üstünlük əldə etməsi ilə bağlı tövsiyyə verməməlidirlər;
İdmançıların böyük idman karyeralarını bitirdikdən sonra idmanda digər fəaliyyətlə məşğul olmaları üçün mövcud imkanları dəstəkləməlidirlər.
AKF-nin Nizamnaməsi, WCF-in və digər mühüm qurumların kapoeyra idman növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara riayət etməlidirlər;
İdmançıların təhlükəsizliyinin təmin olunmasında hər zaman ehtiyatlı olmaq öhdəliyini hər
şeydən üstün tutmalıdırlar;
Onlara həvalə edilən vəzifəni müvafiq geyimdə icra etmək üçün hazır olmalı və bütün öhdəlikləri peşəkarcasına, səriştə, effektivlik və son dərəcə dəqiqliklə yerinə yetirməlidirlər;
Yarış vaxtı hakimlik masasının arxasında əyləşərkən mobil telefonun heç bir funksiyasından (danışmaq, yazışmaq, şəkil çəkmək və s.) istifadə etməməlidirlər;
Bütün çıxışların dəyərləndirilməsində ədalət, qərəzsizlik və peşəkarlıq nümayiş
etdirməlidirlər. Emosiyalara qapanmamalı, peşəkarcasına davranmalıdırlar;
Digər rəsmi şəxslərlə və yarış təşkilatçıları ilə əməkdaşlıq etməyə hazır olmalı və onların hər hansı bir xüsusi tələblərinə əməl etməlidirlər;
Vaxtlı-vaxtında tələb olunan hesabat və dəyərləndirmələri təqdim etməlidirlər.
Tələb olunduqda, müvafiq vaxtda konstruktiv surətdə məlumatın ötürülməsi və cavabın
verilməsini təmin etməlidirlər;
Yarışların təşkili və gedişatı, hakimlik və digər vacib məsələlərlə bağlı qərarların qəbul edilməsində qərəzsiz olmalı və öz vəzifələrindən sui-istifadə etməməlidirlər;
-Yarışlar zamanı bütün mübahisəli məsələlərin kapoeyraçıların xeyrinə həll olunmasına çalışmalıdırlar.
“Bütün hakimlər və rəsmi şəxslər adından söz verirəm ki, AKF-nin rəsmi yarışları və ya federasiyanın tanıdığı turnirlərdə vəzifəmizi qərəzsiz, yarışları tənzimləyən qaydalara riayət və əməl edərək, əsl idmançı ruhuna sadiq tərzdə yerinə yetirəcəyik.”
“Bütün kapoeyraçılar adından söz verirəm ki, AKF-nin rəsmi yarışları və ya federasiyanın
tanıdığı turnirlərdə qərəzsiz, yarışları tənzimləyən qaydalara riayət və əməl etməklə, idmanın inkişafı və idmançının şərəfi naminə özümüzü dopinqsiz və narkotiksiz idmana həsr edərək, əsl idmançı ruhuna sadiq tərzdə iştirak edəcəyik.”
“Bütün məşqçi və idmançıları əhatə edən digər şəxslər adından söz verirəm ki, Olimpizmin əsas prinsiplərinə müvafiq olaraq, özümüzü əsl idmançı ruhu və əxlaqına sadiq qalınması və onların qorunub saxlanmasına həsr edəcəyik. Biz özümüzü kapoeyraçılara ədalətli oyun, dopinqsiz və narkotiksiz idman prinsiplərinə sadiq olmağı öyrətməyə və AKF-nin rəsmi yarışları və ya federasiyanın tanıdığı turnirləri tənzimləyən qaydalarına əməl edilməsinə həsr edəcəyik.”
“İştirakçılar” Etika qaydalarının pozulması halları barədə AKF-nin Baş katibini yazılı surətdə məlumatlandırmalıdırlar. Hazırki Etika Qaydalarının pozulması halları AKF-nin Baş katibinin təyin etdiyi məsul şəxs tərəfindən ilkin olaraq araşdırılmalı, lazım olduqda isə işə baxılması üçün AKF əsasnaməsinin İntizam qaydalarına əsasən idarə heyəti üzvlərinin iclaslarında məsələ gündəmə gətirilib və tədbir görülməlidir.
“İştirakçılar” bütün qaydalara və normalara riayət edərək , qurduqları bütün münasibətlərin və gördükləri bütün işlərin sağlam ab-havada həyata keçməsinə görə məsuliyyət daşıyırlar.
“İştirakçılar” paylaşdıqları məlumatların məxfilik qaydalarını pozmamalıdırlar. Hər hansı bir məlumatın ötürülməsi onlara heç bir şəxsi mənfəət və ya xeyir verməməli və hər hansı bir şəxsin və ya təşkilatın nüfuzuna xələl gətirmək məqsədilə istifadə olunmamalıdır.
Hazırki etikaq qaydaları AKF-nin Nizamnaməsi və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Hazırki Etika Qaydaları 2023-cü ilin 1 sentyabr tarixindən qüvvəyə minir. Hazırki Qaydalara əlavə və dəyişikliklər yalnız AKF-nin idarə heyətinin qərarı əsasında oluna bilər.