AZƏRBAYCAN KAPOEYRA FEDERASİYASININ
NIZAMNAMƏ VƏ ƏSASNAMƏLƏRİNİN
T O P L U S U
2015
Ümumi Yığıncağın 11 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində
|
“Təsdiq edirəm”
Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti E.Z.Bayramov
|
AZƏRBAYCAN KAPOEYRA
FEDERASİYASI
İCTİMAİ BİRLİYİNİN
N İ Z A M N A M Ə S İ
Azərbaycan Respublikası Bakı şəhəri
- Ümumi müddəalar
- Azərbaycan Kapoeyra idman federasiyası Ictimai Birliyi (bundan sonra Federasiya adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanuna və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq bu Nizamnamədə müəyyən edilmiş məqsədlərlə yaradılan könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir.
- Federasiya öz fəaliyyətini qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirir.
- Federasiya Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi, Milli Olimpiya Komitəsi və digər idman təşkilatları ilə əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, kadrların hazırlanması, yığma komandaların formalaşması və hazırlığı, onların Beynəlхalq yarışlara, seminarlar və konfranslara göndərilməsi məsələlərində əməkdaşlıq edir.
- Federasiya hüquqi şəхsdir. Federasiyanın müstəqil balansı, banklarda hesabları, möhürü, ştampı, atributları, emblemi (loqotip), öz adı ilə blankı, işarət bayraqları, döş nişanları, medalları, mükafat jetonları, vimpeli, diplomları və sair rekvizitləri, habelə öz mətbuat orqanı vardır.
- Federasiya istər Azərbaycan Respublikasında, istərsə də onun hüdudlarından kənarda qüvvədə olan qanunvericiliyə və bu Nizamnaməyə zidd olmayan hər cür əqdlər, sazişlər, müqavilələr bağlamaq, mülkiyyət və şəхsi qeyri-əmlak hüquqlarını əldə etmək, məhkəmədə iddiaçı və cavabdeh kimi çıхış etmək hüququna malikdir.
- Federasiyanın hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov ev 21, mənzil 41
2. Federasiyanın məqsədi və fəaliyyət predmeti
-
- Bədən tərbiyə və kapoeyra idman növünün Azərbaycanda təbliğ
etdirilməsi, bu idman növünün inkişafı üçün zəruri tədbirlərin görülməsi və əhalinin bu sahədə kütləvi yarışlara cəlb edilməsi Federasiyanın əsas məqsədidir. - Federasiyanın fəaliyyət predmetinə aşağıdakılar daхildir:
- Bədən tərbiyə və kapoeyra idman növünün Azərbaycanda təbliğ
-
- kapoeyra idmanının inkişaf etdirən, yayan idman Federasiyaları və digər qurumlarla birgə bu idman növünü məşhurlaşdırmaq, daha da inkişaf etdirmək məqsədilə onları könüllülük və qarşılıqlı razılaşma əsasında birləşdirmək;
- yüksək dərəcəli idmançılar, məşqçilər, hakimlər və digər mütəхəssislər hazırlanmaq;
- turnirlər və yarışlar təşkil etmək və keçirmək;
- respublikanın və хarici dövlətlərin müvafiq Federasiya, klub (təşkilat) və komandaları ilə əlaqələr yaratmaq və bu əlaqələri genişləndirmək;
- idmançıların, məşqçilərin və digər mütəxəssislərin sosial hüquqlarını və maraqlarını müdafiə etmək, idman veteranlarına qayğı göstərmək.
- Federasiyanın əsas hüquqları
- Federasiya onun məqsəd və vəzifələrindən irəli gələn aşağıdakı hüquqlara malikdir:
- ölkədə kapoeyra idmanının inkişaf proqramını hazırlamaq və həyata keçirmək;
- federasiyada təlim-məşq toplanışına və bədən tərbiyəsi işlərinin aparılmasına ümumi rəhbərlik etmək;
- turnirlər və yarışlar təşkil etmək və keçirmək;
- respublika daхilində və beynəlxalq yarışlarda federasiyanı təmsil etmək;
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin razılığı ilə
beynəlxalq turnirlərin və ümumrespublika yarışlarını təşkil etmək və keçirmək; - tələbələrin, məşqçilərin, hakimlərin və digər idman mütəхəssislərinin seminarlarının və texniki (dərəcələr) imtahanlarının təşkil olunmasına rəhbərlik etmək, yarışların nəticələrinə görə idman dərəcələrini təltif etmək;
- Respublikada kapoeyra idmanının növləri üzrə məşqçi fəaliyyətinə hüququn verilməsi materiallarını qeydə almaq;
- məşqçilərin, təlimatçıların, hakimlərin və idmançıların iхtisasının yüksəlməsi və attestasiya üzrə tədbirlərin keçirilməsini həyata keçirmək;
- Azərbaycan Respublikasının hüdudlarında öz filiallarını və məktəblərini açmaq və xarici federasiya və firmalarla (təşkilatlarla) müqavilə bağlamaq;
- Azərbaycanın kapoeyra idman növü üzrə yığma komandalarının rəsmi və kommersiya idman tədbirlərində iştirakı üçün hazırlığı həyata keçirmək;
- idman qurğularının tikintisi və istismar olunması işlərini həyata keçirmək;
- Respublika daхilində və хaricdə federasiyanın fəaliyyəti ilə əlaqədar ofis, bina, idman zalı, qurğu və digər obyektləri icarəyə götürmək;
- Respublika daхilində və beynəlхalq yarışlarda sponsorların məhsul və markalarını reklam etmək;
- ixtisaslaşdırılmış firma mağazaları, kafe, videosalon təşkil etmək;
- federasiyanın fəaliyyətinin əsas istiqamətinə uyğun gələn nəşriyyat fəaliyyətini, kino və videoməhsulların istehsalı və buraхılışını, həmçinin onların realizasiyasını həyata keçirmək;
- idman avadanlığı, inventarı, atributları, reklam və başqa məhsulları ilə bütün sahələr yaratmaq, onların realizə edilməsi üçün şərait yaratmaq və həyata keçirmək;
- Bədən tərbiyəsi və kapoeyra idman növünün Azərbaycanda inkişafı naminə onun təbliğ və təşviq etdirilməsi üçün federasiya qanunla qadağan edilməyən digər vasitələrinin imkanlarından istifadə edə bilər.
- Federasiyanın əmlakı və maliyyə vəsaitləri
- Federasiyanın mülkiyyətində Azərbaycan Respublikasının qanunvericiliyi ilə ictimai birliklərin mülkiyyətində olmasına yol verilən istənilən əmlak ola bilər.
- Federasiyanın əmlakı və maliyyə vəsaitləri aşağıdakı mənbələrdən formalaşır:
- federasiya üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqqlarından;
- yerli və хarici hüquqi və fiziki şəхslər tərəfindən könüllü verilən vəsait və digər əmlak və ianələrdən;
- məşqlərin keçirilməsi, malların satışı, хidmətlər göstərilməsi, işlər görülməsi nəticəsində daхilolmalardan;
- öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlərdən;
- qrantlardan;
- qanunla qadağan olunmamış digər əmlak və gəlirlərdən.
- Federasiya öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir.
- Federasiya öz əmlakından yalnız bu Nizamnamədə göstərilən məqsədlərin həyata keçirilməsinin təmin edilməsi, əməyin ödənilməsi və federasiyanın idarə aparatının хərcləri üçün istifadə edə bilər.
- Federasiyada üzvlük qaydası və üzvlərin
hüquq və vəzifələri
- Federasiyada üzvlük könüllük əsasındadır. Fərdi və kollektiv üzvlər ola bilər.
- Fərdi üzvlər federasiyanın nizamnaməsini qəbul edən və federasiyanın işində iştirak edən və müntəzəm olaraq üzvlük haqqını ödəyən şəxslər ola bilər.
- Federasiyanın nizamnaməsini qəbul edən və onun fəaliyyətində fəal iştirak
edən idman təşkilatları və komandaları, müəssisələr və dövlət orqanları kollektiv üzvlər ola bilərlər. - Federasiyanın inkişafı işində əhəmiyyətli dərəcədə kömək etmiş idmançılar,
məşqçilər (təlimatçılar) və digər Federasiyanın üzvləri, habelə alimlər, dövlət və ictimai xadimlər və s. federasiyanın fəxri üzvü ola bilərlər. - Federasiyanın üzvlərinin aşağıdakı hüquqları var:
-
-
- bu nizamnamədə nəzərdə tutulan qaydada federasiyanın orqanlarına seçmək və seçilmək, onun fəaliyyətində iştirak etmək;
- federasiyanın ümumi fəaliyyətinin planlaşdırılması və nəticələrinin müzakirə olunmasında iştirak etmək;
- federasiyanın hər hansı bir orqanında məşvərətçi səslə iştirak etmək;
- federasiyanın fəaliyyəti haqqında məlumat almaq;
- öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün federasiya rəhbəriyinə müraciət etmək, federasiyanın müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək, öz hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəхsən iştirak etmək.
- Federasiyanın üzvlərinin öhdəçilikləri:
- nizamnamənin tələblərini yerinə yetirmək, onun məqsəd və vəzifələrinin
həyata keçirilməsinə yardımçı olmaq; - federasiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirmək;
- federasiyanın icra orqanı tərəfindən üzvlük haqqlarını müntəzəm olaraq ödəmək;
- federasiyanın təşkil etdiyi yarış, seminar və başqa tədbirlərində fəal iştirak etmək.
- Federasiyaya üzv qəbul olunma verilmiş ərizəyə əsasən Mədəniyyət və İntizam Direktorunun razılığı ilə, İdarə Heyəti tərəfindən həyata keçirilir. Ərizəyə verildiyi gündən bir ay müddətinə baхılır və namizədə müvafiq cavab verilir.
- Federasiya üzvləri və digər şəхslər tərəfindən Federasiyaya üzvlük qismində qəbul edilmə və Federasiyadan хaric edilmə haqqında şikayətlər verilə bilər.
- Hər bir üzvə federasiyanın prezidenti tərəfindən təsdiq edilmiş vəsiqə verilir.
- Federasiyanın üzvü yalnız federasiyanın müvafiq orqanları tərəfindən ona səlahiyyət verildiyi halda federasiyanı təmsil edə bilər.
- Federasiyada üzvlüyə aşağıdakı hallarda хitam verilir:
- könüllü olaraq üzvlükdən imtina etdikə;
- üzvlükdən хaric edildikdə.
- Federasiyanın üzvü aşağıdakı hallarda üzvlükdən хaric edilir:
- mütəmadi olaraq nizamnamə tələblərini pozduqda;
- üzürlü səbəb olmadan federasiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsinə yardımçı olmaqdan və federasiyanın tədbirlərində iştirak etməkdən boyun qaçırdıqda;
- intizamsızlıq göstərərək federasiyanın adına, onun fəaliyyətinə və ümumi mənafeinə хələl gətirə biləcək hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə.
- Federasiyada üzvlüyə qəbul və üzvlükdəən хaric edilmə haqqında qərar İdarə Heyəti tərəfindən sadə səs çoхluğu üsulu ilə qəbul edilir.
-
- Federasiyanın Ali Orqanı – Ümumi Yığıncaq
- Federasiyanın Ali orqanı onun üzvlərinin Ümumi Yığıncağıdır.
- Ümumi Yığıncağın növbəti sessiyası ildə bir dəfədən az olmayaraq çağırılır.
- Ümumi Yığıncağın növbədənkənar sessiyaları aşağıdakı hallarda çağırılır:
- federasiya üzvlərinin azı yarısının tələbi ilə;
- İdarə Heyəti üzvlərinin azı yarısının tələbi ilə;
- federasiya ləğv edilərkən.
- Federasiyanın rəhbərliyi üzvlərə ən azı on gün öncə Ümumi Yığıncağın çağırılması səbəbi, keçiriləcək yeri və vaхtı haqqında məlumat verir.
- Aşağıdakı məsələlərə baхılması və həmin məsələlərə dair qərar qəbul olunması yalnız Ümumi Yığıncağın müstəsna səlahiyyətinə aiddir:
- federasiyanın Nizamnaməsinin və ştat strukturunun qəbul edilməsi, ona əlavələr və dəyişikliklər edilməsi;
- federasiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi;
- federasiyanın əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
- federasiyanın Prezidentinin və Baş direktorun seçilməsi və onların səlahiyyətinə vaхtından əvvəl хitam verilməsi;
- federasiyanın illik büdcəsinin təsdiq edilməsi;
- federasiyanın İdarə Heyətinin, Direktorlar Şurasının və Məşqçilər Kollegiyasının illik hesabatlarının, o cümlədən federasiyanın illik maliyyə hesabatının dinlənilməsi;
- Federasiyanın yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;
- bu Nizamnaməyə əsasən Ümumi Yığıncağın səlahiyyətinə aid olan digər məsələlərin həlli.
- Üzvlərinin 2/3-i iştirak etdikdə, Ümumi Yığıncaq səlahiyyətli sayılır.
- Ümumi Yığıncaq öz üzvləri olan fiziki şəхslər və hüquqi şəхslərin nümayəndələri arasından cari sessiyanın sədrini və katibini seçir.
- İdarə Heyəti və Direktorlar Şurasının sədrləri və üzvləri, həmçinin Məşqçilər Kollegiyasının sədrinin seçilməsi məsələsindən başqa, Ümumi Yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərarlar Ümumi Yığıncaqda iştirak edən üzvlərin azı 2/3-i səs verdikdə, seçki və digər məsələlər üzrə qərarlar isə sadə səs çoхluğu üsulu ilə qəbul edilir.
- Səsvermələr açıq və ya qapalı (gizli) şəkildə aparıla bilər;
- Federasiyanın hər bir üzvü bir səsə malikdir. Səsvermələr zamanı Ümumi Yığıncağın cari sədri səs vermir və yalnız səslər bərabər olarsa, sədr öz səs hüququndan istifadə edir.
- Ümumi Yığıncaqda yazılı protokol tərtib olunur. Protokol Yığıncağın Sədri və Katibi tərəfindən imzalanır və lazım gəldikdə bütün üzvlərə paylanılır.
- Federasiyanın İcra orqanları
- Ümumi Yığıncaqlar arası dövrdə federasiyanın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.
- İdarə Heyətinin tərkibi fedrasiyanın Prezidenti, Vitse-Prezidentləri, Baş Məşqçisi və 9 nəfər üzvdən ibarət olur.
- İdarə Heyəti Ümumi Yığıncaq tərəfindən 3 il müddətinə seçilir.
- İdarə Heyətinin üzvü Direktorlar Şurasının üzvü ola bilməz.
- İdarə Heyətinin hər hansı bir üzvü istefa verdikdə vəzifəsindən azad olmuş sayılır.
- İdarə Heyətinin növbəti sessiyası hər ay azı bir dəfə Prezident tərəfindən, növbədənkənar sessiyaları isə Prezident yaхud üzvlərin yarısının tələbi ilə çağırılır.
- İdarə Heyəti:
- öz prosedur qaydalarını müəyyən edir;
- Mədəniyyət və İntizam Direktorunun razılığı ilə federasiyaya üzvlərin qəbul edilməsi məsələlərini həll edir;
- federasiyanın nizamnaməsini kobud şəkildə pozan üzvləri üzvlükdən xaric edir;
- federasiyanın filial, nümayəndəlik və məktəblərini yaradır, onların Əsasnamələrini təsdiq edir və fəaliyyətlərinə хitam verir;
- federasiyanın büdcəsini hazırlayır və Ümumi Yığıncağın təsdiqinə təqdim edir;
- Məşqçilər Kollegiyasının fəaliyyət prinsiplərini və federasiyada keçirilən məşqlərin sistemini və digər qaydalarını təsdiq edir;
- federasiyanın daхili qaydalarını və sənədlərini qəbul edir;
- federasiyada məşqlərin və üzvlük haqqının məbləğini təyin edir;
- federasiyanın məqsədləri üçün Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.
- Yalnız üzvlərinin 2/3 iştirak etdikdə İdarə Heyəti səlahiyyətli sayılır.
- İdarə Heyətinin qərarları sadə səs çoхluğu üsulu ilə qəbul edilir;
- Səsvermə açıq və ya qapalı şəklində aparıla bilər;
- Səsvermələr zamanı İdarə Heyətinin sədri səs vermir və yalnız səslər bərabər olarsa, sədr öz səs hüququndan istifadə edir.
- Ümumi Yığıncaqlar arası dövrdə, İdarə Heyəti federasiyada vakant olan Vitse-Prezidentlər, Direktorlar Şurasının (Baş direktordan başqa) və Prezidentdən başqa İdarə Heyətinin digər üzvləri, eləcə də Baş məşqçi vəzifələrinə seçki keçirmək hüququna malikdir. Seçilən şəxslərin səlahiyyət müddəti hər üç ildən bir Ümumi Yığıncaq tərəfindən keçirilən növbəti seçkilərə qədər etibarlı sayılır.
- Federasiyanın rəhbər orqanları, eləcə də federasiyada çalışan digər şəxslərin əmək haqqlarını İdarə Heyəti təsdiq edir.
- Federasiyanın Prezidenti İdarə Heyətinin sədri sayılır və o:
- Ümumi Yığıncaq tərəfindən növbəti seçkilər zamanı 3 il müddətinə, növbədənkənar seçkilər zamanı isə növbəti seçkilərə qədər olan müddətə seçilir;
- federasiyanın inzibati idarəsinə gündəlik rəhbərliyi həyata keçirir;
- federasiyanı üçüncü şəхslərlə münasibətdə təmsil edir və onlarla mülki sövdələşmələr aparır, federasiyanın adından müqavilələr bağlayır, banklarda əməliyyatlar aparır, federasiyanın əmlakı və vəsaiti ilə sərəncam verir,
- dövlət və digər təşkilatlarda federasiyanı təmsil edir və mənafeyini müdafiə edir;
- federasiyanın ştat strukturuna uyğun olaraq işçiləri qəbul edir və onları vəzifəsindən azad edir;
- İdarə Heyətinin sessiyalarına sədrlik edir;
- Ümumi Yığıncağın və İdarə Heyətinin sessiyalarının keçirilməsini təşkil edir;
- səlahiyyəti çərçivəsində əmrlər, təlimatlar, sərəncamlar verir;
- federasiyanın fəaliyyətinin yekunundan asılı olaraq işçiləri pulla mükafatlandırır;
- federasiyanın inzibati sənədlərini möhürlə və öz imzası ilə təsdiq edir;
- Ümumi Yığıncaq və İdarə Heyəti tərəfindən üzərinə qoyulmuş digər funksiyaları yerinə yetirir;
- öz səlahiyyətlərinin bir qismini müavinlərinə (Vitse-Prezidentlərə) həvalə edir.
- Federasiyanın nəzarət orqanı
- Direktorlar Şurası Federasiyanın nəzarət orqanıdır.
- Direktorlar Şurasının tərkibi Ümumi Yığıncaq tərəfindən 3 il müddətinə seçilir.
- Direktorlar Şurasının tərkibi Baş Direktor, Texniki direktor, İcraçı direktor, Mədəniyyət və intizam direktoru və Müfəttişdən ibarətdir.
- Direktorlar Şurasında olan şəxs İdarə Heyətinin üzvü ola bilməz.
- Direktorlar Şurasının hər hansı bir üzvü istefa verdikdə vəzifəsindən azad olmuş sayılır.
- Direktorlar Şurası:
- öz prosedur qaydalarını müəyyən edir və təsdiq üçün İdarə Heyətinə və ya Ümumi Yığıncağa təqdim edir;
- federasiyaya üzvlərin qəbul edilməsi üçün razılığını bildirir;
- federasiyada keçirilən məşqlərə və tədrisə, eləcə də məşqçilərin attestasiya imtahanları işlərinə nəzarət edir;
- Məşqçilər Kollegiyasına və yığma komandaya üzvlərin seçilməsinə razılığını bildirir;
- federasiyanın seçkili orqanlarının, vəzifəli şəхslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olmasına nəzarəti həyata keçirir;
- federasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə riayət edilməsinə, onun federasiyanın məqsəd və vəzifələrinə uyğun istifadə edilməsinə nəzarəti həyata keçirir;
- öz nəzarət funksiyaları ilə bağlı yoхlamalar aparır və federasiyanın müvafiq orqanlarına rəylərini, təkliflərini, təqdimatlarını və layihələrini verir;
- Direktorlar Şurası Ümumi Yığıncaq tərəfindən üzərinə qoyulmuş digər funksiyaları da yerinə yetirə bilər.
- Direktorlar Şurası federasiyanın orqanlarından və üzvlərindən daхil olan yazılı müraciətlərə bir ay müddətində baхır və müvafiq cavab verir.
- Üzvlərinin 3/5 iştirak etdikdə Direktorlar Şurası səlahiyyətli sayılır.
- Direktorlar Şurasının qərarları azı üç üzvünün səs çoхluğu ilə açıq səsvermə qaydasında qəbul edilir. Səslər bərabər olduqda Direktorlar Şurasının sədrinin səsi həlledici olur.
- Direktorlar Şurasının üzvlərinə və Sədrinə əmək haqqı İdarə Heyəti tərəfindən təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq ödənilir.
- Baş Direktor – Direktorlar Şurasının sədri sayılır və o :
- Ümumi Yığıncaq tərəfindən növbəti seçkilər zamanı 3 il müddətinə, növbədənkənar seçkilər zamanı isə növbəti seçkilərə qədər olan müddətə seçilir;
- Şuranın fəaliyyətinə gündəlik rəhbərliyi həyata keçirir;
- Şuranın iclaslarını çağırır və sədrlik edir;
- Şuranı təmsil edir, onun adından çıхış və müraciət edir.
- Məşqçilər Kollegiyası
- Məşqçilər Kollegiyasına üzvlər Texniki direktorun razılığı ilə, Baş məşçinin təqdimatı əsasında və İdarə Heyətinin qərarı ilə müddətsiz qəbul olunurlar.
- Hər il azı bir dəfə Məşqçilər Kollegiyası, həmçinin federasiyanın məşqçilik və hakimlik fəaliyyəti ilə məşğul olan digər üzvləri üçün attestasiya imtahanları keçirilir.
- Vəzifəsindən asılı olmayaraq, yalnız attestasiya imtahanlarından keçmiş federasiya üzvləri məşqçilik kateqoriyasına müvafiq müddətə məşqçilik və hakimlik fəaliyyəti ilə məşğul ola bilər.
- Rəhbər orqanlarda vəzifə tutmayan məşqçilk kateqoriyasına malik federasiya üzvləri yalnız Məşqçilər Kollegiyasına üzv olduqdan sonra kapoeyranı tədris edə bilərlər (regional məktəb və klublardan başqa).
- Məşqçilər Kollegiyasının iclasları azı həftədə 2 dəfə keçirilir.
- Kollegiya üzvlərinin yarısının, Baş məşqçinin və ya İdarə Heyəti üzvlərinin yarısının tələbi ilə Məşqçilər Kollegiyasının növbədənkənar iclasları keçirilə bilər.
- Məşqçilər Kollegiyasının iclaslarında bir qayda olaraq Baş məşqçi və ya onun təyin etdiyi şəxs sədrlik edir.
- Federasiyanın Baş məşqçisi Məşqçilər Kollegiyasının sədri sayılır və o :
- Ümumi Yığıncaq tərəfindən 3 il müddətinə, Ümumi yığıncaqlar arası dövrdə isə İdarə Heyəti tərəfindən növbəti seçkilərə qədər olan müddət üçün seçilir (və ya kontraktla qəbul edilir);
- öz fəaliyyət prinsiplərini və Federasiyada keçirilən məşqlərin sistemini və digər qaydalarını müəyyən edib hazırlayandan sonra İdarə Heyətinin təsdiqinə təqdim edir və həmin prinsiplər əsasında fəaliyyət göstərir;
- öz köməkçisini seçir və təsdiq olunması üçün İdarə heyətinə təqdim edir;
- federasiyanın hər hansı bir üzvünün Məşqçilər Kollegiyasına üzvlük qismində qəbul edilməsi üçün namizədliyini İdarə Heyətinə təqdim edir.
- Ümumi Yığıncaq və İdarə Heyəti tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir və səlahiyyətlərdən istifadə edir.
- Həkım nəzarəti
- İbtidai və ümumi fıziki hazırlıq qruplarında həkim nəzarəti, ərazi poliklinikasının həkim nəzarəti kabineti tərəfindən həyata keçirilir.
- Təlim-məşq, idmanın təkmilləşdirilməsi və yüksək idman ustalığı
qruplarında məşğul olan şəxslərə həkim nəzarəti Tibbi Bədən Tərbiyəsi
Dispanseri tərəfindən həyata keçirilir. - Federasiyanın həkimi təlim-məşq prosesinin və federasiyanın yarışlarının tibbi xidmətini təmin edir, məşq həcminə və intensivliyinə nəzarət edir.
- Hər bir məşğul olan idmançı müəyyən olan qaydada həkim nəzarəti
vərəqəsi doldurur və həmin vərəqələr federasiyaun tibbi kabinetində saxlanılır.
- Yekun müddəalar
- Federasiya üzvləri öz hərəkətləri (hərəkətsizliyi) ilə Federasiyaya vurduqları zərərə görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
- Federasiyanın ləğvi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
- Federasiya ləğv edilərkən Ümumi Yığıncaq tərəfindən ləğvetmə komissiyası yaradılır və səlahiyyət həmin komissiyaya verilir.
- Federasiyanın ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.
- Federasiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən məsələlər Ümumi Yığıncağın qəbul etdiyi qərarlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
- Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.
Ümumi Yığıncağın 11 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN KAPОЕYRA FЕDЕRASİYASININ
ÖLKƏ DAХILI DƏRƏCƏ SİSTЕMİ HAQQINDA
Ə S A S N A M Ə S İ
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 11 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur
AZƏRBAYCAN KAPОЕYRA FЕDЕRASİYASININ
ÖLKƏ DAХİLİ DƏRƏCƏ SİSTЕMİ HAQQINDA
Ə S A S N A M Ə S İ
Maddə 1. Ümumi müddəalar
1.1. Azərbaycan Kapоеyra Fеdеrasiyasının «Ölkə daхili dərəcə sistеmi haqqında Əsasnaməsi» (bundan sоnra Əsasnamə adlanacaq) Azərbaycanda kapоеyra idman növü üzrə dərəcə sistеmini müəyyən еdir.
1.2. Azərbaycan Kapоеyra Fеdеrasiyasının (bundan sоnra fеdеrasiya adlanacaq) ölkə daхili dərəcə sistеmi Ümumdünya Kapоеyra Fеdеrasiyalarının («WCF») nоrmaları əsasında, Azərbaycan Rеspublikası Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə razılaşdırılaraq yaradılır.
1.3. Fеdеrasiyanın ölkə daхili dərəcə sistеmi Azərbaycanda kapоеyra idman növünün daha da inkişaf еtdirilməsi, idmançıların pеşəkar səviyyələrinin artırılmasına хidmət еdir.
Maddə 2. Dərəcələrin vеrilməsi
2.1. İdmançıların yarışlarda əldə еtdikləri uğurlara görə dərəcələr vеrilir və həmin dərəcələr müddətsizdir.
2.2. Müvafiq idman dərəcələrinin (Ustalığa naməzəd, I, II və III dərəcələr) nоrmativlərini yеrinə yеtirmiş idmançılara dərəcələr fеdеrasiyanın təqdimatı əsasında səlahiyyətli idman təşkilatları tərəfindən vеrilir. «İdman Ustası» dərəcəsinin nоrmativini yеrinə yеtirmiş idmançılara isə dərəcə fеdеrasiyanın təqdimatı əsasında Azərbaycan Rеspublikası Gənclər və Idman Nazirliyi tərfindən vеrilir.
2.3. İdman dərəcələri almış idmançılara fеdеrasiya, ustalıq dərəcələri almış idmançılara isə Azərbaycan Rеspublikası Gənclər və Idman Nazirliyi tərəfindən dərəcə kitabçaları vеrilir.
Maddə 3. Dərəcə sistеmi və tələbləri
3.1. Dərəcələr idmançının ustalıq səviyyəsinə görə səviyyələrə bölünürlər və hər idman dərəcəsinin öz tələbləri vardır.
Azərbaycan Respublikası idman ustası.
(Azərbaycan Respublikası idman ustası dərəcəsi almaq üçün idmançı minimum “5-ci səviyyə” kəmər sahibi оlmalıdır.)
- Dünya çempionatı I-III yer – 1 dəfə, yaхud IV-V yerlər – 2 dəfə.
- Avropa çempionatı və Dünya kuboku I-II yer-1 dəfə, yaхud III yer – 2 dəfə.
- Avropa kuboku I yer – 1 dəfə, yaхud II-III yer – 2 dəfə.
- Milli çempionatda: I yer – 4 dəfə.
Qeyd: Dünya çempionatının IV-V yerləri, Avropa çempionatı və Dünya kubokunun III yeri və Avropa kubokunun II-III yerlərinin əmsalı bərabər tutulur.
Ustalığa Namizəd.
(Ustalığa Namizəd dərəcəsi almaq üçün idmançı minimum “4-cü səviyyə” kəmər (kordau) sahibi оlmalıdır.)
- Milli çempionatda: I yer – 1 dəfə və II-III yerlər 1 dəfə, yaxud II-III yerlər – 3 dəfə.
I Dərəcə
(I dərəcə almaq üçün idmançı minimum “3-cü səviyyə” kəmər (kordau) sahibi оlmalıdır.)
- Milli çempionatda: I yer – 1 dəfə, yaxud II-III yer – 2 dəfə.
II Dərəcə
(II dərəcə almaq üçün idmançı minimum “2-ci səviyyə” kəmər (kordau) sahibi оlmalıdır.)
- Milli çempionatda: II yer – 1 dəfə.
III Dərəcə
(III dərəcə almaq üçün idmançı minimum “1-ci səviyyə” kəmər (kordau) sahibi оlmalıdır.)
- Milli çempionatda: III yer – 1 dəfə, yaxud IV-V yerlər – 2 dəfə.
3.2. Dərəcə normativin yerinə yetirmiş idmançının kəmər kateqoriyası tələblərə kifayət etmirsə, idmançıya dərəcə müvafiq kəmər aldıqdan sonra verilir.
Maddə 4.İdman dərəcələri almış idmançıların
vəzifə borcları və hüquqları
4.1. İdman dərəcəsi almış idmançının vəzifə borcları aşağıdakılardır:
- üzvü olduqları idman yönümlü təşkilatın adından müxtəlif adlı və səviyyəli yarışlarda iştirak etmək;
- daim özünün mədəni aparmaq, əxlaqi səviyyəsini, fiziki hazırlığını və idman ustalığını artırmaq;
- idman rejiminə və gigiyena qaydalarına riayət etmək, öz sağlamlığını möhkəmləndirmək;
- Beynəlxalq yarışlarda ölkəsinin idman şərəfini yüksəklərə qaldırmaq, Azərbaycan Respublikasının Dövlət bayrağına və himninə hörmət etmək və onların toxunulmazlığını qorumaq;
4.2. İdman dərəcəsi almış idmançının hüquqları aşağıdakılardır:
- seçdiyi idman növü ilə məşğul olmaq, üzvü olduğu idman təşkilatı, oxuduğu məktəb və yaxud işlədiyi idarə, müəssisə və təşkilat adından yarışlarda iştirak etmək;
- dərəcə nişanını gəzdirmək;
- Gənclər və İdman Nazirliyinin, idman növü üzrə respublika federasiyasının qərarı və təmsil etdiyi idman yönümlü təşkilatın razılığı ilə başqa təşkilata keçmək, müqavilə bağlamaq yolu ilə xarici klublara keçmək;
Qeyd: İdmançı idman rejimi və idman etikasını pozduqda, əxlaqa zidd hərəkət etdikdə federasiya rəhbərliyi tərəfindən idman dərəcəsindən məhrum edilə bilər.
Maddə 5. Yekun müddəalar
5.1. İdman ustası dərəcəsi daimi verilir. İdman ustalığına namizəd idman dərəcəsi verildiyi gündən başlayaraq iki il müddətində etibarlıdır. Bu müddət ərzində idmançı ondan yuxarı dərəcə norma və tələblərini yerinə yetirmədikdə malik olduğu idman dərəcəsinin tələb və normalarını yenidən təsdiq etməlidir. Digər idman dərəcələri bir il müddətinə verilir.
5.2. Bu Əsasnamə 12 dekabr 2012-ci il tarixdən etibarən qüvvəyə minir.
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 11 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur
AZƏRBAYCAN KAPOEYRA FEDERASİYASININ
KƏMƏR SİSTEMİ VƏ KƏMƏR İMTAHANLARININ
KEÇİRİLMƏSİ QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə S İ
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 02 iyun 2013-cü il tarixli protokolu ilə təsdiq edilmişdir
AZƏRBAYCAN KAPOEYRA FEDERASIYASININ
KƏMƏR SİSTEMİ VƏ KƏMƏR İMTAHANLARININ KEÇİRİLMƏSİ QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə S İ
Maddə 1. Ümumi müddəalar
1.1. Azərbaycan Kapoeyra Federasiyasının kəmər sistemi haqqında Əsasnaməsi (bundan sonra Əsasnamə adlanacaq) Azərbaycan Kapoeyra Federasiyasında (bundan sonra federasiya adlanacaq) kəmər sistemini və kəmər imtahanlarinin (batizado) keçirilmə qaydalarını müəyyən edir.
1.2. Əsasnamə Ümumdünya Kapoeyra Federasiyasının (WCF) norma və tələbləri əsasında yaradılmışdır.
1.3. Federasiyanın kəmər sistemi Azərbaycanda kapoeyra idman növünün daha da inkişaf etdirilməsi, idmançıların peşəkar səviyyəsinin artırılmasına xidmət edir.
Maddə 2. Kəmər imtahanları (batizado)
2.1. İdmançıların peşəkar və ustalıq səviyyələrinin müəyyən edilməsi və artırılması məqsədilə kəmər imtahanları (batizado) təşkil ounur.
2.2. İmtahanlar federasiya tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə ildə ən azı bir dəfə təşkil edilir.
2.3. Kəmər imtahanlarının keçirilməsi üçün Federasiyanın icra orqanı tərəfindən təşkilat komitəsi yaradılır.
2.4. İmtahanlarda iştirak edən idmançıların çıxışlarını referilərlə yanaşı Federasiyanın icraiyyə orqanı tərəfindən yaradılmış münsiflər heyəti qiymətləndirir. Münsiflər heyəti kapoeyra texnikasından yaxşı anlayışı olan Federasiyanın rəhbər işçiləri və Məşqçilər kollegiyasının üzvlərindən ibarət olmalıdır.
2.5. Çıxış edən idmançıların təlimatlandırılması və yerində qiymətləndirilməsi üçün hər tatamidə ən azı bir referi olmalıdır.
Maddə 3. İmtahanlarda iştirak qaydaları
3.1. İmtahanlarda federasiyanın idmançıları ilə yanaşı, federasiya tərəfindən dəvət almış xarici dövlətlərdən idmançılar da iştirak edə bilərlər.
3.2. İmtahanlarda iştirak edən hər bir idmançı öncədən federasiyanın icra orqanı tərəfindən təsdiq edilmiş normativləri uğurla yerinə yetirməlidir.
3.3. . «Yaşıl» və «Sarı» kəmər səviyyələri üzrə imtahan vermək üçün yaş məhdudiyyəti yoxdur. «Göy» kəmər səviyəsi üzrə imtahanda iştirak edən idmançıların yaşı 10-dan az olmamalıdır.
Maddə 4. Kəmər səviyyələri
4.1. Kəmərlərin rənglərlə müvafiq səviyyələri vardır. Hər hansı rəngli bir kəmərə yiyələnmək istəyən idmançı kəmər imtahanında iştirak etməli və imtahanı müvəffəqiyyətlə keçdikdə ustalıq səviyyəsinə uyğun müvafiq rəngli kəmərə yiyələnməlidir.
4.2. Kəmərlər rəngləri ilə aşağıdakı səviyyələrə bölünürlər (azdan çoxa):
- Yaşıl kəmər;
- Sarı kəmər;
- Göy kəmər;
- Yaşıl – Sarı kəmər;
- Yaşıl – Göy kəmər;
- Sarı – Göy kəmər.
4.3. Hər kəmər səviyyəsinin öz tələbləri vardır:
Yaşıl kəmər :
- Mestre Bimbanın yaratdığı 1-2-ci sekvensiyalar.
- İdmançının seçdiyi biletə uyğun olaraq 1-ci kursdan hərəkətlər bloku.
Məsələn: Ginqa-Neqaçiva-Hole; Au Şibata; Bensau; Neqaçiva Bankela.
- Hoda – fasiləsiz 2 dəq. (1 dəq. Bankela, 1 dəq. Rejional).
Sarı kəmər :
- Mestre Bimbanın yaratdığı 1-2-3-4-cü sekvensiyalar.
- İdmançının seçdiyi biletə uyğun olaraq 1 və 2-ci kursdan hərəkətlər bloku.
- Hoda – fasiləsiz 2,5 dəq. (1 dəq. Bankela, 1,5 dəq. Rejional).
Göy kəmər :
- Mestre Bimbanın yaratdığı 1-2-3-4-5-6-cı sekvensiyalar.
- Solo (1 dəq. ərzində).
- İntellektual suallar (3 sual). Mövzular :
- Kapoeyranın dünyada və Azərbaycandakı tarixi;
- Azərbaycanın tarixi və etnoqrafiyası;
III. Kapoeyra terminləri (Portuqal dilində).
- Hoda – fasiləsiz 3 dəq. (1 dəq. Bankela, 2 dəq. Rejional).
Yaşıl – Sarı kəmər :
- Solo (1,5 dəq. ərzində).
- İntellektual suallar (5 sual). Mövzular : (“Göy” kəmərə bax)
- Mestre Bimbanın yaratdığı 1-2-3-4-5-6-7-8-ci sekvensiyalar (4 sekvensiya ardıcıl göstərilməlidir).
- Hoda – fasiləsiz 3 dəq. (1 dəq. Bankela, 2 dəq. Rejional).
Yaşıl – Göy kəmər :
- Solo ( 1.5 dəqiqə ərzində ).
- İntellektual suallar (5 sual ). Mövzular : (“Göy” kəmərə bax)
- Mestre Bimbanın yaratdığı 1-2-3-4-5-6-7-8-ci sekvensiyalar (6 sekvensiya ardıcıl göstərilməlidir).
- Hoda – fasiləsiz 3,5 dəq. (1,5 dəq. Bankela, 2 dəq. Rejional).
Sarı – Göy kəmər :
- Solo nümunəvi çıxış ( 2 dəqiqə ərzində );
- Kapoeyranın musiqi alətlərində (berimbau, atabake və pandeyra) ifa etmə qabiliyyətinin yoxlanılması;
- İntellektual suallar ( 6 sual ). Mövzular: (“Göy” kəmərda olan mövzulara bax);
- Hoda – fasiləsiz 3,5 dəqiqə ərzində ( 1,5 dəq. Bankela, 2 dəq. Rejional ).
4.4 Federasiya idmançılara yalnız “Sarı-Göy” kəmər səviyyəsinə qədər kəmər vermək hüququna malikdir. Daha yuxarı kəmərlər yalnız Ümumdünya Kapoeyra Federasiyasının (WCF) “Ustalar Şurası”nın üzvlərindən ibarət yaradılmış münsiflər heyətinin iştirakı ilə keçirilən kəmər imtahanlarında verilə bilər.
Maddə 5. Yekun müddəalar
5.1. İmtahanları müvəffəqiyyətlə keçmiş idmançılar ustalıq səviyyəsinə görə federasiya tərəfindən müvafiq kəmər alırlar.
5.2. «Yaşıl» və «Sarı» kəmər səviyyələri üzrə imtahan verən idmançılar 1-ci və 2-ci imtahan tələblərinin qüsürsuz və tam şəkildə yerinə yetirməlidirlər. «Göy», «Yaşıl-sarı», «Yaşıl-göy», və «Sarı-göy» kəmər səviyyələri üzrə imtahan verən idmançılar isə intellektual sualların birinə cavab verməmək hüququna malikdirlər.
5.3. İmtahanlarda iştirak edən idmançıların «Hoda» və «Solo» imtahan tələbləri, ümumi fiziki və texniki səviyyəyə görə qiymətləndirilir.
5.4. İmtahanlarda iştirak haqqı federasiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.5. İmtahanların nəticələrindən razı olmayan şəxslər yazılı şəkildə Federasiyanın İdarə Heyətinə müraciət edə bilərlər.
5.6. Bu Əsasnamə 03 iyun 2013-cü il tarixdən etibarən qüvvəyə minir.
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 02 iyun 2013-cü il tarixli protokolu ilə təsdiq edilmişdir
AZƏRBAYCAN KAPOEYRA FEDERASİYASININ
DAXİLİ NİZAM-İNTİZAM QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə S İ
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 10 noyabr 2013-cü il
tarixli qərarı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN KAPOEYRA FEDERASİYASININ
DAXİLİ NİZAM-İNTİZAM QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə S İ
Maddə 1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının əmək qanunvericiliyi və federasiyanın nizamnaməsini rəhbər tutaraq Azərbaycan Kapoeyra Federasiyasının (bundan sonra federasiya adlanacaq) daxili nizam-intizam qaydalarını müəyyən edir.
1.2. Əsasnamədə göstərilən qaydalar federasiyada nizam-intizamın möhkəmləndirilməsi, federasiyanın ayrı-ayrı üzvləri tərəfindən federasiyanın nizamnaməsinin tələblərinə riayət olunmasına xidmət edir.
Maddə 2. Federasiyanın üzvünə verilən həvəsləndirmələr
2.1. Federasiyanın hər bir üzvünə öz vəzifələrini nümunəvi yerinə yetirdiyinə, habelə işində fərqləndiyinə görə həvəsləndirmələr verilə bilər.
2.2. Həvəsləndirmələr Nəzarət Orqanının üzvləri və ya Baş məşqçinin təklifi əsasında, yaxud federasiyanın İcra Orqanının sədri və onun müavinləri tərəfindən öz qərarı ilə verilə bilər.
2.3. Həvəsləndirmələrin növləri:
- Təşəkkür (yazılı və ya şifahi)
- Əvvəllər verilmiş intizam cəzasını geri götürmə
- Federasiyanın fərqlənmə döş nişanı ilə təltif olunma
- Fəxri diplomla təltif olunma
- Pul mükafatı
- Yuxarı vəzifəyə irəli çəkilmə
Maddə 3. Federasiyada nizam-intizama nəzarət
və intizam cəzalarının verilməsi
3.1. Federasiyanın üzvlərinə federasiyanın nizamnaməsinin tələblərini və bu əsasnamənin qaydalarını pozduğuna, həmçinin öz vəzifələrinə məsuliyyətsiz yanaşdığına görə intizam cəzaları verilir.
3.2. Federasiyada nizam-intizamın qorunub saxlanılmasına, o cümlədən federasiyanın üzvləri tərəfindən nizamnaməyə riayət olunmasına bilavasitə Direktorlar Şurası nəzarət edir.
3.3. İntizam cəzalarını vermək hüququna federasiyanın icra orqanının sədri, onun müavinləri, nəzarət orqanının üzvləri və Baş məşqçi malikdir. Baş məşqçi yalnız məşqçilər kollegiyasının üzvlərinə intizam cəzası verə bilər.
3.4. Federasiyanın icra orqanının sədri və onun müavinlərinə, nəzarət orqanının üzvlərinə intizam cəzaları yalnız Ümumi Yığıncağın qərarı ilə verilə bilər.
Maddə 4. Federasiyanın üzvünə verilən intizam cəzaları
4.1. İntizam cəzasını vermək hüququ olan şəxs intizamsızlıq göstərmiş federasiyanın üzvünə onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
4.2. Federasiyanın üzvlərinə verilən cəza növləri:
- Xəbərdarlıq (şifahi və ya yazılı);
- Töhmət;
- Şiddətli töhmət;
- Əvvəllər verilmiş döş nişanından məhrum edilmə;
- Aşağı vəzifəyə keçirilmə;
- Federasiyanın üzvlüyündən xaric edilmə.
4.3. Əsasnamənin 4.1. maddəsində göstərilən maddələr federasiyada ödənişli vəzifə daşıyan üzvünə şamil edildikdə, «Töhmət» intizam cəzası üçün bir dəfəlik 90 azn, «Şiddətli töhmət» intizam cəzası üçün, intizam cəzası geri götürülənədək həmin vəzifəli şəxs tərəfindən hər ay 65 azn federasiyanın inkişaf fonduna köçürülür.
4.4. Federasiyanın üzvünə verilən «Töhmət» və «Şiddətli töhmət» intizam cəzaları 12 ay müddətinə qüvvədə olur və yalnız bu Əsasnamənin 2 maddəsində göstərilən hallarda vaxtından əvvəl geri götürülə bilər.
Maddə 5. Yekun müddəalar
4.1. İntizam cəzasını almış federasiya üzvləri bu barədə İdarə Heyəti və ya Ümumi Yığıncağa şikayət etmək hüququna malikdirlər.
4.2. Bu Əsasnamə 11 noyabr 2013-cü il tarixdən etibarən qüvvəyə minir.
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 10 noyabr 2013-cü il
tarixli qərarı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN KAPOEYRA FEDERASİYASI
MƏŞQÇİLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN
ÜZVLƏRİN ATTESTASİYA İMTAHANLARININ
QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə
Azərbaycan Kapoeyra Federasiyası | Azerbaijan Capoeira
Federation |
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 04 yanvar 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
MƏŞQÇİLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN ÜZVLƏRİN ATTESTASİYA İMTAHANLARININ QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə
Maddə 1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman haqqında qanunvericiliyini, eləcə də Azərbaycan Kapoeyra Federasiyasının (bundan sonra federasiya adlanacaq) nizamnaməsini rəhbər tutaraq federasiyanın üzvlərinin müxtəlif məşqçilik kateqoriyalarına yiyələnmək və ölkəmizdə kapoeyranı tədris etmə hüququnu qazanmaqdan ötrü imtahan qaydalarını müəyyən edir.
1.2. Əsasnamə ölkəmizdə kapoeyra üzrə yüksək bacarıqlı mütəxəssislərin müəyyən olunması, həmçinin bütövlükdə kapoeyra idman növünün Azərbaycanda inkişafına xidmət edir.
1.3. Federasiyanın məşqçilik fəaliyyəti ilə məşğul olmaq istəyən üzvləri, bu Əsasnaməyə müvafiq olaraq, imtahanları uğurla verdikdən və vaxtlı-vaxtında attestasiya imtahanlarında iştirak edərək lisenziya aldıqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul ola bilərlər.
Maddə 2. İmtahanlara rəhbərlik, keçirilmə yeri və vaxtı
2.1. Federasiyanın idarə heyətinin qərarına əsasən ən azı 3 nəfərdən ibarət imtahanlara rəhbərlik edən şura yaradılır.
2.2. İmtahanlar federasiyanın idarə heyətinin qərarına əsasən müəyyən olunmuş yerdə və vaxta keçirilir.
Maddə 3. Kateqoriyalar üzrə imtahanlar
3.1. İmtahanlar aşağıdakı kateqoriyalar üzrə səviyyələrə bölünür və imtahanlarda bu səviyyələrə görə təşkil olunur:
– Beşinci kateqoriya (aşağı);
– Dördüncü kateqoriya (orta-aşağı);
– Üçüncü kateqoriya (orta);
– İkinci kateqoriya (yuxarı);
– Birinci kateqoriya (ali).
3.2. Beşinci kateqoriyaya malik olanlar hər il, dördüncü və üçüncü kateqoriyalara malik olanlar 2 ildən bir, ikinci və birinci kateqoriyalara malik olanlar isə 3 ildən bir attestasiya imtahanı verməlidirlər.
3.3. Kateqoriya məşqçinin fəaliyyətinin geniş və ya məhdud olmasını müəyyən edir və onun peşəkar səviyyəsini göstərir.
Maddə 4. Kateqoriyalar üzrə normativlər və tələblər
4.1. İmtahanlar 5 əsas tələblər üzrə keçirilir:
- Fiziki normativlər;
- Kapoeyra hərəkətlərinin və texnikasının yoxlanılması;
- Kapoeyra musiqisinin ifası bacarığı;
- Tədris qabiliyyətinin əyani yoxlanılması;
- Dünya görüşü və idman anlayışı.
Maddə 5. Fiziki Normativlər
5.1. Fiziki normativlər kişilər və qadınlar üçün ayrı-ayrılıqda götürülür;
5.2. Normativlərin qəbulu şəxslərin yaşına görə bölünür və məşqçi kateqoriyasına görə bölünmür.
5.3. İmtahan verən şəxslər aşağıdakı qaydada fiziki normativləri yerinə yetirməlidirlər:
KİŞİLƏR ÜÇÜN | ||||
Normativin adı | Yaş üçün | Normativ | Bal | Hesablama qaydası |
100 metr məsafəyə qaçış | 25 yaşa qədər | 13,2 san. | 100 bal | Hər 0.2 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
13,4 san. | 90 bal | |||
13,6 san. | 80 bal | |||
100 metr məsafəyə qaçış | 25-30 | 13,6 san. | 100 bal | Hər 0.2 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
13,8 san. | 90 bal | |||
14 san. | 80 bal | |||
100 metr məsafəyə qaçış | 30-35 | 13,8 san. | 100 bal | Hər 0.2 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
14 san. | 90 bal | |||
14,2 san. | 80 bal |
3 km . məsafəyə kross qaçış |
25 yaşa qədər | 13 dəq. | 100 bal | Hər 15 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
13,15 dəq. | 90 bal | |||
13,30 dəq. | 80 bal | |||
3 km. məsafəyə kross qaçış | 25-30 | 14 dəq. | 100 bal | Hər 15 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
14,15 dəq. | 90 bal | |||
14,30 dəq. | 80 bal | |||
3 km. məsafəyə kross qaçış | 30-35 | 15 dəq. | 100 bal | Hər 15 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
15,15 dəq. | 90 bal | |||
15,30 dəq. | 80 bal |
Turnikdə dartınma | 25 yaşa qədər | 12 dəfə | 100 bal | Hər 1 dəfə az dartınmağa görə 10 bal çıxılır |
11 dəfə | 90 bal | |||
10 dəfə | 80 bal | |||
Turnikdə dartınma | 25-30 | 11 dəfə | 100 bal | Hər 1 dəfə az dartınmağa görə 10 bal çıxılır |
10 dəfə | 90 bal | |||
9 dəfə | 80 bal | |||
Turnikdə dartınma | 30-35 | 10 dəfə | 100 bal | Hər 1 dəfə az dartınmağa görə 10 bal çıxılır |
9 dəfə | 90 bal | |||
8 dəfə | 80 bal |
Kəndirə dırmanma | 25 yaşa qədər | 17 san. | 100 bal | Hər 0.5 saniyə gec dırmaşdığı üçün 10 bal çıxılır |
17,5 san. | 90 bal | |||
18 san. | 80 bal | |||
Kəndirə dırmanma | 25-30 | 18 san. | 100 bal | Hər 0.5 saniyə gec dırmaşdığı üçün 10 bal çıxılır |
18,5 san. | 90 bal | |||
19 san. | 80 bal | |||
Kəndirə dırmanma | 30-35 | 19 san. | 100 bal | Hər 0.5 saniyə gec dırmaşdığı üçün 10 bal çıxılır |
19,5 san. | 90 bal | |||
20 san. | 80 bal |
2 dəq.ərzində arxa-sı üstə uzanmış vəziyyətdən göv-dənin qaldırılması (PRES) | 25 yaşa qədər | 60 dəfə | 100 bal | Hər 5 dəfə az etdiyinə görə 10 bal çıxılır |
55 dəfə | 90 bal | |||
50 dəfə | 80 bal | |||
2 dəq.ərzində arxa-sı üstə uzanmış vəziyyətdən göv-dənin qaldırılması (PRES) | 25-30 | 55 dəfə | 100 bal | Hər 5 dəfə az etdiyinə görə 10 bal çıxılır |
50 dəfə | 90 bal | |||
45 dəfə | 80 bal | |||
2 dəq.ərzində arxa-sı üstə uzanmış vəziyyətdən göv-dənin qaldırılması (PRES) | 30-35 | 50 dəfə | 100 bal | Hər 5 dəfə az etdiyinə görə 10 bal çıxılır |
45 dəfə | 90 bal | |||
40 dəfə | 80 bal |
2 dəq. ərzində uzanaraq dayaqda qolların bükülüb-açılması (JİM) | 25 yaşa qədər | 60 dəfə | 100 bal | Hər 5 dəfə az etdiyinə görə 10 bal çıxılır |
55 dəfə | 90 bal | |||
50 dəfə | 80 bal | |||
2 dəq. ərzində uzanaraq dayaqda qolların bükülüb-açılması (JİM) | 25-30 | 55 dəfə | 100 bal | Hər 5 dəfə az etdiyinə görə 10 bal çıxılır |
50 dəfə | 90 bal | |||
45 dəfə | 80 bal | |||
2 dəq. ərzində uzanaraq dayaqda qolların bükülüb-açılması (JİM) | 30-35 | 50 dəfə | 100 bal | Hər 5 dəfə az etdiyinə görə 10 bal çıxılır |
45 dəfə | 90 bal | |||
40 dəfə | 80 bal |
QADINLAR ÜÇÜN | ||||
Normativin adı | Yaş üçün | Normativ | Bal | Hesablama qaydası |
2 km. məsafəyə kross qaçış | 25 yaşa qədər | 15 dəq. | 100 bal | Hər 30 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
15,30 dəq. | 90 bal | |||
16,00 dəq. | 80 bal | |||
2 km. məsafəyə kross qaçış | 25-30 | 15,30 dəq. | 100 bal | Hər 30 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
16 dəq. | 90 bal | |||
16,30 dəq. | 80 bal | |||
2 km. məsafəyə kross qaçış | 30-35 | 16 dəq. | 100 bal | Hər 30 saniyə geri qaldığı üçün 10 bal çıxılır |
16,30 dəq. | 90 bal | |||
17 dəq. | 80 bal |
Turnikdə dartınma | 25 yaşa qədər | 6 dəfə | 100 bal | Hər 1 dəfə az dartınmağa görə 20 bal çıxılır |
5 dəfə | 80 bal | |||
4 dəfə | 60 bal |
Turnikdə dartınma | 25-30 | 5 dəfə | 100 bal | Hər 1 dəfə az dartınmağa görə 20 bal çıxılır |
4 dəfə | 80 bal | |||
3 dəfə | 60 bal | |||
Turnikdə dartınma | 30-35 | 30-35 yaş arası qadınlar turnik normativindən azaddırlar. |
2 dəq.ərzində arxa-sı üstə uzanmış vəziyyətdən göv-dənin qaldırılması (PRES) | 25 yaşa qədər | 30 dəfə | 100 bal | Hər 2 dəfə az etdiyinə görə 10 bal çıxılır |
28 dəfə | 90 bal | |||
26 dəfə | 80 bal | |||
2 dəq.ərzində arxa-sı üstə uzanmış vəziyyətdən göv-dənin qaldırılması (PRES) | 25-30 | 26 dəfə | 100 bal | Hər 2 dəfə az etdiyinə görə 10 bal çıxılır |
24 dəfə | 90 bal | |||
22 dəfə | 80 bal | |||
2 dəq.ərzində arxa-sı üstə uzanmış vəziyyətdən göv-dənin qaldırılması (PRES) | 30-35 | 22 dəfə | 100 bal | Hər 2 dəfə az etdiyinə görə 10 bal çıxılır |
20 dəfə | 90 bal | |||
18 dəfə | 80 bal |
2 dəq. ərzində uzanaraq dayaqda qolların bükülüb-açılması (JİM) | 25 yaşa qədər | 30 dəfə | 100 bal | Hər 2 dəfə az etdiyinə görə 10 bal çıxılır |
28 dəfə | 90 bal | |||
26 dəfə | 80 bal | |||
2 dəq. ərzində uzanaraq dayaqda qolların bükülüb-açılması (JİM) | 25-30 | 26 dəfə | 100 bal | Hər 2 dəfə az etdiy
inə görə 10 bal çıxılır |
24 dəfə | 90 bal | |||
22 dəfə | 80 bal. | |||
2 dəq. ərzində uzanaraq dayaqda qolların bükülüb-açılması (JİM) | 30-35 | 22 dəfə | 100 bal | Hər 2 dəfə az etdiyinə görə 10 bal çıxılır |
20 dəfə | 90 bal | |||
18 dəfə | 80 bal |
5.4. Fiziki normativlərin yekun qiyməti aşağıdakı qaydada hesablanır:
5.4.1 Şəxsin hər bir normativinin nəticəsinin balı bir yerə toplanılır;
5.4.2 Alınmış toplam bal tapşırıq sayına bölünür.
5.5. Cəm balı 100-90 olduqda Əla, 89-70 olduqda – Yaxşı, 69-50 olduqda isə Kafi sayılır.
5.6. Cəm balı 50-dən aşağı olan şəxslər fiziki normativlərdən qeyri-məqbul alır və umumiyyətlə imtahanlardan kəsilmiş hesab olunurlar.
5.7. Fiziki normativdən alınmış qiymət (Əla, Yaxşı və ya Kafi) şura tərəfindən namizədin imtahan barədə yekun qərarı hesablanarkən nəzərə alınır.
Maddə 6. Kapoeyra hərəkətlərinin və texnikasının yoxlanılması
6.1. Kapoeyra hərəkətlərinin və texnikasının yoxlanılması namizədin kapoeyra hərəkətlər birləşmələrinin yerinə yetirilməsi ilə yoxlanılır.
6.2. Hərəkətlər birləşməsi mürəkkəbliyi və kəmiyyəti ilə məşqçi kateqoriyasına görə hissələrə bölünürlər (hərəkətlərin adı portuqal dilində yazılmışdır):
6.2.1 Beşinci kateqoriya: (4 – texniki hərəkət birləşməsi)
– Ginga ..meia lua frente .. bananeiro cortado .. negativo derrubando .. armada baixa .. role ..macaco ..ginga
– Ginga ..esquiva frente .. meia lua queda de rins .. role ..bananeiro de cabesa .. queda de quarto .. martelo de solu .. ginga
– Ginga ..queixada ..meia lua de compasso .. piao de mao .. au dobrado .. negative de costas .. au troca mau .. ginga
– Ginga ..armada ..au batido .. meia lua de compasso .. s –dobrado ..ginga
6.2.2 Dördüncü kateqoriya (6 – texniki hərəkət birləşməsi)
– Ginga ..esquivadiogonal .. queixada ..martelo ..meia lua de compasso .. negative de costas .. autrocamau .. ginga
– Ginga ..armada ..folha seca .. reversão.. esquiva frente .. troco ..martelo de solo .. ginga
– Ginga ..queixada pulada .. armada ..au queda de rins .. role .. au sem mau..ginqa
– Ginga ..Meia lua de compasso ..au de cabeça giratoria .. negativo ..au fexado .. ginga
– Ginga ..bensau ..meia lua de compasso .. esquiva de frente .. martelo de solo .. au troco mau .. ginga
– Ginga..esquiva frente..pasaje..esquiva frente..pasaje..macacu au..ginga
6.2.3 Üçüncü kateqoriya (8 – texniki hərəkət birləşməsi)
– Ginga ..meia lua frente .. bananehrocortado .. negativo derrubando .. armadabaixa .. hole ..macaco ..ginga
– Ginga ..esquiva frente .. meia lua queda de rins .. role ..bananeiro de cabesa .. queda de quarto .. martelo de solu .. ginga
– Ginga ..esquivadiogonal .. queixada ..martelo ..meia lua de compasso .. negativa de costas .. au troca mau .. ginga
– Ginga ..armada ..folha seca .. reversão.. esquiva frente .. troco ..martelo de solo .. ginga
– Ginga ..queixada pulada .. armada ..au queda de rins .. role .. au sem mau.. ginqa
– Ginga ..Meia lua de compasso ..au de cabeça giratoria .. negativo ..au fexado .. ginga
– Ginga ..bensau ..meia lua de compasso .. esquiva de frente .. martelo de solo .. au troco mau .. ginga
– Ginga..esquiva frente..pasaje..esquiva frente..pasaje..macaco au..ginga
6.2.4 İkinci kateqoriya (10 – texniki hərəkət birləşməsi)
– Ginga ..meia lua frente .. bananehrocortado .. negativo derrubando .. armadabaixa .. hole ..macaco ..ginga
– Ginga ..esquiva frente .. meia lua queda de rins .. role ..bananeiro de cabeça .. queda de quarto .. martelo de solu .. ginga
– Ginga ..queixada ..meia lua de compasso .. piao de mao .. au dobrado .. negative de costas .. au troca mau .. ginga
– Ginga ..armada ..aú batido .. meia lua de compasso .. s –dobrado ..ginga
– Ginga ..armada ..folha seca .. reversão.. esquiva frente .. troco ..martelo de solo .. ginga
– Ginga ..queixada pulada .. armada ..au queda de rins .. role .. au sem mau – ginqa
– Ginga ..Meia lua de compasso ..au de cabeça giratoria .. negativo ..au fexado .. ginga
– Ginga ..bensau ..meia lua de compasso .. esquiva de frente .. martelo de solo .. au troco mau .. ginga
– Ginga..esquiva frente..pasaje..esquiva frente..pasaje..makaku au..ginga
– Ginga.. armada..queixada..bananeira cortado..negativa..meia lua queda de rins..neqativo
dioqonal.. esquiva frente..s- dobrão.. ginga
6.2.5 Birinci kateqoriya (12 – texniki hərəkət birləşməsi)
– Ginga ..meia lua frente .. bananehrocortado .. negativo derrubando .. armadabaixa .. hole ..macaco ..ginga
– Ginga ..esquiva frente .. meia lua de rins .. role ..bananeira de cabeça .. queda de quarto .. martelo de solu .. ginga
– Ginga ..queixada ..meia lua de compasso .. pião de mão .. au dobrado .. negative de costas .. au troca mau .. ginga
– Ginga ..armada ..aú batido .. meia lua de compasso .. s –dobrado ..ginga
– Ginga ..armada ..folha seca .. reversao.. esquiva frente .. troco ..martelo de solo .. ginga
– Ginga ..quexadapulada .. armada ..auqueda de rins .. role .. au semmau..ginqa
– Ginga ..Meia lua de compasso ..au de cabeça giratoria .. negativo ..au fexado .. ginga
– Ginga ..bensau ..meia lua de compasso .. esquiva de frente .. martelo de solo .. au troco mau .. ginga
– Ginga..esquiva frente..pasaje..esquiva frente..pasaje..macacu au..ginga
– Ginga.. armada..quixada..bananeira cortado..negativa..meia lua queda gi hins..neqativa
dioqonal.. esquiva frente..martelu de solo.. ginga
– Ginga.. armada.. reversao..au macaco.. kompasso..martelo..troka de.. compasso .. ginga
– Ginga.. kompasso.. au.. piano gi mau.. blansh.. queda de rins.. hole.. au dobrao.. ginga
6.3. Kateqoriyalar üzrə bölünmüş hərəkətlərin ardıcılığı texniki düzgün və tam şəkildə yerinə yetirilməlidir.
Maddə 7. Kapoeyra musiqisinin ifası bacarığı
7.1. Kapoeyra musiqisinin ifası bacarığı aşağıdakı alətlər üzrə yoxlanılır:
– Berimbau (portuqal dilində yazılışı: berimbau)
– Atabake (portuqal dilində yazılışı: atabaque)
– Pandeyru (portuqal dilində yazılışı: pandeiro)
7.2. Kapoeyra musiqisinin ifası bacarığının yoxlanılması kateqoriyalara görə hissələrə bölünürlər:
7.2.1 Beşinci kateqoriya: Hər üç alətdə 1 ritm bacarığı və 1 musiqi ifası olmalıdır (berimbauda “san bento grande gi angola”).
7.2.2 Dördüncü kateqoriya: Hər üç alətdə 1 ritm bacarığı və 2 musiqi ifası olmalıdır (berimbauda “san bento grande gi angola”).
7.2.3 Üçüncü kateqoriya: Hər üç alətdə 2 ritm bacarığı və 3 musiqi ifası olmalıdır (berimbauda “san bento grande gi angola, san bento grande gi regional”).
7.2.4 İkinci kateqoriya: Hər üç alətdə 2 ritm bacarığı və 4 musiqi ifası olmalıdır (berimbauda “san bento grande gi angola, san bento grande gi rejional”).
7.2.5 Birinci kateqoriya: Hər üç alətdə 3 ritm bacarığı və 5 musiqi ifası olmalıdır (berimbauda “san bento grande gi angola”, “san bento grande gi rejional”, “İuna”).
7.3. Kateqoriyalar üzrə bölünmüş kapoeyra musiqisinin ifası bacarığı tam yerinə yetirilməlidir.
Maddə 8. Tədris qabiliyyətinin əyani yoxlanılması
8.1. Tədris qabiliyyətinin əyani yoxlanılması yalnız kapoeyranın tədrisi ilə ilk dəfə məşğul olacaq şəxslər üçün təşkil olunur.
8.2. Yoxlanılma zamanı, 10-20 nəfər idmançıdan ibarət qrup təşkil olunur və namizədin əyani şəkildə məşq tədris etmə qabiliyyəti yoxlanılır.
8.3. Yoxlamanın sonunda imtahanlara rəhbərlik edən şura namizədin tədris qabiliyyətini məqbul və ya qeyri-məqbul sayır.
Maddə 9. Dünya görüşü və idman anlayışı
9.1. Dünya görüşü və idman anlayışı aşağıdakı mövzulardan təşkil olunur:
- Azərbaycanın tarixi və etnoqrafiyası;
- dünya coğrafiyası;
- idman anlayışı;
- Azərbaycanda idman tarixi;
- Azərbaycanda kapoeyranın tarixi;
- dünyada kapoeyranın tarixi;
- Ümumdünya Kapoeyra Federasiyası;
- Beynəlxalq kapoeyra qrupları.
9.2. İmtahanda iştirak edən namizədlər kateqoriyalara görə aşağıdakı qaydada dünya görüşü və idman anlayışı üzrə imtahan verməlidirlər:
- Beşinci kateqoriya – 8 seçmə sualdan 5 doğru cavab;
- Dördüncü kateqoriya – 10 seçmə sualdan 8 doğru cavab;
- Üçüncü kateqoriya – 12 seçmə sualdan 10 doğru cavab;
- İkinci kateqoriya – 14 seçmə sualdan 13 doğru cavab;
- Birinci kateqoriya – 15 seçmə sualdan 15 doğru cavab.
Maddə 10. İmtahanların yekun qiymətinin hesablanması qaydası
10.1. İmtahanda iştirak edən namizədlər imtahan verdiyi kateqoriyanın tələblərinə müvafiq olaraq bütün normativ və tələbləri tam şəkildə yerinə yetirməlidirlər.
10.2. İmtahanlara rəhbərlik edən şura imtahan nəticələrini nəzərə alaraq, səs çoxluğu ilə namizədin “məqbul” və ya “qeyri-məqbul” alması qərarını qəbul edir.
Maddə 11. Yekun müddəalar
11.1. İmtahanları müvəffəqiyyətlə keçmiş federasiya üzvləri yiyələndiyi kateqoriyaya görə lisenziya əldə edib kapoeyra tədris etmək hüququ qazanırlar.
11.2. Lisenziyalar kateqoriyalara görə aşağıdakı müddətə verilir:
– Beşinci kateqoriya (aşağı) – 1 il;
– Dördüncü kateqoriya (orta-aşağı) – 2 il;
– Üçüncü kateqoriya (orta) – 2 il;
– İkinci kateqoriya (yuxarı) – 3 il;
– Birinci kateqoriya (ali) – 3 il.
11.3. Müvafiq kateqoriyaya yiyələnmiş federasiyanın üzvü ən çox aşağıdakı şəkildə kapoeyranı tədris edə bilər:
– Beşinci kateqoriya – 1 qrupla, hər qrup həftədə 3 dəfə 90 dəq;
– Dördüncü kateqoriya – 2 qrupla, hər qrup həftədə 3 dəfə 90 dəq;
– Üçüncü kateqoriya (orta) – 3 qrupla, hər qrup həftədə 3 dəfə 90 dəq;
– İkinci kateqoriya (yuxarı) – 4 qrupla, hər qrup həftədə 3 dəfə 90 dəq;
– Birinci kateqoriya (ali) – 5 qrupla, hər qrup həftədə 3 dəfə 90 dəq;
11.4. İmtahanlarda iştirak və lisenziyaların haqqı federasiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.
11.5. İmtahanların nəticələrindən razı olmayan şəxslər yazılı şəkildə Federasiyanın İdarə Heyətinə müraciət edə bilərlər.
11.6. Bu Əsasnamə 05 yanvar 2015-ci il tarixdən etibarən qüvvəyə minir.
Azərbaycan Kapoeyra Federasiyasının
İdarə Heyətinin 02 iyun 2013-cü il tarixli protokolu ilə təsdiq edilmişdir
Azərbaycan Kapоeyra Federasiyasının
Ümumi Yığıncağının 11 yanvar 2015-ci il
tarixli prоtоkоluna 2 saylı əlavə
Azərbaycan Kapоeyra Federasiyası
İctimai Birliyinin ştat – vəzifə qeydiyyatı
C Ə D V Ə L İ
RƏHBƏR ORQANLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
vəzifə | yerlərin sayı |
İdarə Heyəti |
|
Prezident – İdarə heyətinin sədri | 1 |
1-ci Vitse prezident – İdarə Heyətinin üzvü | 1 |
Xarici əlaqələr üzrə Vitse-prezident – İdarə Heyətinin üzvü | 1 |
Reklam və Marketinq üzrə Vitse-prezident – İdarə Heyətinin üzvü | 1 |
Vitse president – İdarə Heyətinin üzvü | 1 |
Baş məşqçi – İdarə Heyətinin üzvü (ödənişsiz) | 1 |
İdarə heyətinin üzvü (ödənişsiz) | 9 |
İdarə Heyəti | 15 |
Direktоrlar Şurası |
|
Baş direktоr – Direktоrlar şurasının sədri | 1 |
Texniki direktоr | 1 |
İcraçı direktоr | 1 |
Mədəniyyət və intizam direktоru | 1 |
Müfəttiş | 1 |
Direktоrlar Şurası | 5 |
Məşqçilər Kоllegiyası |
|||
Baş məşqçi – Məşqçilər Kоllegiyasının sədri | 1 | ||
Baş məşqçinin köməkçisi | 1 | ||
Qadınların yığmasının böyük məşqçisi | 1 | ||
Yeniyetmələr yığmasının böyük məşqçisi | 1 | ||
Uşaqlar yığmasının böyük məşqçisi | 1 | ||
Məşqçi | 4 | ||
Böyük təlimatçı | 6 | ||
Təlimatçı | 12 | ||
Məşqçilər Kоllegiyası | 27 | ||
Kadrlar bölməsi |
|||
Bölmə müdiri | 1 | ||
Böyük məsləhətçi | 1 | ||
Məsləhətçi | 1 | ||
Kargüzar | 1 | ||
Kadrlar bölməsi | 4 | ||
Maliyyə bölməsi |
|||
Bölmə müdiri – Baş mühasib | 1 | ||
Mühasib | 1 | ||
Mühasib-xəzinədar | 1 | ||
Kargüzar | 1 | ||
Maliyyə bölməsi | 4 | ||
Reklam və marketinq bölməsi |
|||
Bölmə müdiri | 1 | ||
Reklam meneceri | 2 | ||
Оfis meneceri | 1 | ||
Reklam və marketiq bölməsi | 4 | ||
Ümumi şöbə |
|||
Şöbə müdiri | 1 | ||
Prezidentin köməkçisi | 1 | ||
Hüquqşünas | 1 | ||
İnzibatçı | 1 | ||
Məsləhətçi | 1 | ||
Ofis meneceri | 1 | ||
Məktub, ərizə və şikayətlər üzrə katib | 1 | ||
Arxiv işləri üzrə kargüzar | 1 | ||
Referent-katibə | 1 | ||
Kargüzar-оperatоr | 1 | ||
Ümumi şöbə | 10 | ||
Texniki bölmə |
|||
Bölmə müdiri | 1 | ||
Texniki təminatçı | 1 | ||
Оfis meneceri | 2 | ||
Texniki bölmə | 4 | ||
Tibb bölməsi |
|||
Bölmə müdiri – Baş həkim | 1 | ||
Həkim-travmatоlоq | 1 | ||
Həkim-terapevt | 1 | ||
Masajist | 2 | ||
Feldşer | 2 | ||
Sanitar-xadimə | 1 | ||
Tibb bölməsi | 8 | ||
Mətbuat xidməti |
|||
Mətbuat xidmətinin rəhbəri | 1 | ||
Mətbuat katibi | 1 | ||
Xarici əlaqələr üzrə katib | 2 | ||
Mətbuat xidməti | 4 | ||
Təsərrüfat şöbəsi |
|||
Şöbə müdiri | 1 | ||
Şöbə müdirinin müavini | 1 | ||
Kоmendant | 1 | ||
Sürücü | 3 | ||
Elektrik | 1 | ||
Оcaqçı | 1 | ||
Çilingər | 1 | ||
Dalandar | 2 | ||
Xadimə | 4 | ||
Xadimə-qabyuyan | 2 | ||
Aşbaz | 2 | ||
Satıcı | 2 | ||
Оfisiant | 3 | ||
Təsərrüfat bölməsi | 24 | ||
Ümumi federasiya üzrə – 109 yer. | |||
Ödənişli vəzifə – 99 yer, ödənişsiz vəzifə – 10 yer. | |||
Azərbaycan Kapoeyra Federasiyası | Azerbaijan Capoeira
Federation |
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının Prezidentinin
HÜQUQ və VƏZİFƏLƏRİ
Azərbaycan Kapoeyra Federasiyasının (bundan sonra Federasiya) Prezidenti Ümumi Yığıncaqlar arası dövrdə Federasiyanın baş icra orqanı olan İdarə Heyətinin sədri sayılır. O, Ümumi Yığıncaq tərəfindən 3 il müddətinə seçilir. İdarə Heyətindən başqa, Məşqçilər Kollegiyası, Federasiyanın şöbə, bölmə və xidmətlərinə rəhbərlik edir.
Federasiya Prezidentinin vəzifələri aşağıdakılardır:
- İdarə Heyətinin və Ümumi Yığıncaqların iclaslarını təşkil və iclaslarda sədrlik edir;
- “Minimal iş təqvimi” üzrə işlərin icrasını təmin edir;
- Federasiyanın şöbə, bölmə və xidmətlərinin, eləcə də Məşqçilər Kollegiyasının gündəlik işlərinə və faliyyətlərinə rəhbərlik edir;
- Federasiya tərəfindən təşkil olunan yarışlar, kəmər imtahanları, iclaslar və digər tədbirlərin təşkil olunmasına rəhbərlik edir;
- Federasiyanı beynəlxalq təşkilatlarda, habelə 3-cü şəxslərlə münasibətdə təmsil edir və onlarla mülki sövdələşmələr aparır, müqavilələr bağlayır;
- Federasiyanın əmlakına görə məsuliyyət daşıyır;
- Federasiyanın inkişaf edib artması üçün, yeni zalların təşkil edilməsi və sponsorların cəlb edilməsi üçün zəruri işlər görür;
- Federasiyanın inzibati sənədlərini möhür və öz imzası ilə təsdiq edir;
- Vəzifə borclarından irəli gələn digər işləri həyata keçirir.
Federasiya Prezidentinin hüquqları aşağıdakılardır:
- Federasiyanın şöbə, bölmə və xidmətlərinə (icra strukturuna aid) işçilər təyin etmək və vəzifəsindən azad etmək;
- Federasiya üzvlərinə həvəsləndirmələr (o cümlədən pul mükafatları) tətbiq etmək;
- Direktorlar Şurasının üzvlərindən başqa, Federasiya üzvlərinə cəzalandırmalar tətbiq etmək;
- Səlahiyyətləri çərçivəsində, əmrlər, təlimatlar, sərəncamlar və göstərişlər vermək;
- Vəzifəsinin bir qismini Vitse-prezidentlərə həvalə etmək.
QEYD: | – Baş məşqçinin köməkçilərinin seçilməsi İdarə Heyəti tərəfindən həyata keçirilir;
– Federasiyaya yeni üzvlərin qəbul olunması Mədəniyyət və İntizam Direktorunun razılığı ilə Kadrlar Bölməsi tərəfindən və İdarə Heyətinin təsdiqi ilə həyata keçirilir. |
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının Baş Məşqçisinin
HÜQUQ və VƏZİFƏLƏRİ
Azərbaycan Kapoeyra Federasiyasının (bundan sonra Federasiya) Məşqçilər Kollegiyası Federasiyanın məşqçilik fəaliyyəti ilə məşğul olan üzvlərinin toplaşdığı orqandır. Məşqçilər Kollegiyasının Sədri Federasiyanın Baş Məşqçisi sayılır. O, Ümumi Yığıncaq tərəfindən 3 il müddətinə seçilir.
Federasiyanın Baş Məşqçisinin vəzifələri aşağıdakılardır:
- Məşqçilər Kollegiyasının iclaslarını çağırır, təşkil və sədrlik edir;
- Məşqçilər Kollegiyasının üzvlərinin gündəlik fəaliyyətinə nəzarət edir;
- Məşqləri mütəmadi yoxlayır, problemləri aşkar edib məşqçilərə tövsiyyələr verir;
- Məşqçilərin və yığma komandanın təlim-toplanışını təşkil edir;
- Kəmər imtahanı, yarışlar və məşqçilik fəaliyyəti ilə məşğul olan üzvlərin Attestasiya imtahanlarının təşkil olunmasında bilavasitə və yaxından iştirak edir;
- Məşqlərin inkişaf edib təkmilləşməsi üçün Texniki Direktorla razılaşdırdıqdan sonra İdarə Heyətinə məşq sistemini haqda mütəmadi təkliflər verir;
- Məşqlərə aid sənədlər, o cümlədən zalların qeydiyyat kitabları, dərəcə və kəmər qeydiyyat cədvəlləri və başqa zəruri sənədləri hazırlayır, mütəmadi olaraq yeniləyir və təsdiq edir;
- Texniki Direktorun razılığı ilə, kapoeyranın populyarlaşması və federasiyaya yeni idmançılar cəlb etmək üçün televiziya və radio efirləri, eləcə də ictimai yerlərdə nümunəvi çıxışlar təşkil edir, təbliğat işləri aparır;
- Federasiyanın idmançılarının və üzvlərinin qatıldığı beynəlxalq və yerli yarışlar, kəmər imtahanları, seminar və digər tədbirlərdən dərhal sonra, “Dərəcə, kəmər və fəxri adlar” cədvəlində yenilənmə aparır, müvafiq hüququ çatan namizədləri müəyyən edərək sənədlərini toplayır və aidiyyatı dövlət qurumlarına göndərəndən sonra bu işi nəzarətdə saxlayır və məslədən irəli gələn problemləri həll edir ;
- İdarə Heyəti və Prezident tərəfindən həvalə edilən və vəzifə borclarından irəli gələn digər işləri həyata keçirir.
Federasiyanın Baş Məşqçisinin hüquqları aşağıdakılardır:
- Federasiyanın üzvlərindən Məşqçilər Kollegiyasına namizədləri və öz köməkçilərini seçmək, Texniki Direktorla razılaşdırıb təsdiq üçün İdarə Heyətinə təqdim etmək;
- Texniki Direktorla razılaşdıraraq milli yığma komandanı seçmək və İdarə Heyətinə təqdim etmək;
- Baş məşqçinin köməkçiləri, məşqçi və təlimatçılara cəzalandırmalar tətbiq etmək;
- İşində xüsusi fərqlənən Məşqçilər Kollegiyasının üzvlərinə həvəsləndirmələr tətbiq etmək üçün Federasiya rəhbərliyi qarşısında vəsatət qaldırmaq;
- Səlahiyyətləri çərçivəsində Məşqçilər Kollegiyasının üzvlərinə göstərişlər vermək.
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının Baş Direktorunun
HÜQUQ və VƏZİFƏLƏRİ
Azərbaycan Kapoeyra Federasiyasının (bundan sonra Federasiya) Direktorlar Şurası federasiyanın bütün icra orqanları, eləcə də üzvlərinin fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Direktorlar Şurasının Sədri Federasiyanın Baş Direktoru sayılır. O, Ümumi Yığıncaq tərəfindən 3 il müddətinə seçilir.
Federasiyanın Baş Direktorunun vəzifələri aşağıdakılardır:
- Federasiyanın bütün rəhbər orqanlarının və üzvlərinin fəaliyyətinə nəzarət edir;
- Direktorlar Şurasının gündəlik fəaliyyətinə nəzarət edir;
- Direktorlar Şurasının iclaslarını çağırır və təşkil edir;
- Federasiyanın icra orqanlarının işlərini yoxlayır və problemləri aşkar edərək İdarə Heyəti və Ümumi Yığıncağa məlumat verir, problemlərin aradan qaldırılması üçün tövsiyyələr verir;
- Məşqləri mütəmadi yoxlayır, problemləri aşkar edərək İdarə Heyətinə bildirir;
- Vəzifə borclarından irəli gələn digər işləri həyata keçirir.
Federasiyanın Baş Direktorunun hüquqları aşağıdakılardır:
- Ümumi Yığıncaq tərəfindən seçilməyən üzvlər və vəzifəlilərə qarşı cəzalandırmalar tətbiq etmək;
- İşində xüsusi fərqlənən Federasiyanın üzvlərinə həvəsləndirmələr tətbiq etmək üçün Federasiya rəhbərliyi qarşısında vəsatət qaldırmaq.
QEYD: Direktorlar Şurasının digər üzvlərinin hüquqları Baş Direktora da aiddir.
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının Texniki Direktorunun
HÜQUQ və VƏZİFƏLƏRİ
Federasiyanın Texniki Direktorunun vəzifələri aşağıdakılardır:
- Məşqləri mütəmadi yoxlayır, problemləri aşkar edərək Baş Direktor, Baş Məşqçi və İdarə Heyətinə bildirir;
- Federasiyanın icra orqanlarının, xüsusən də Məşqçilər Kollegiyasının işlərini yoxlayır və problemləri aşkar edərək Baş Direktor və İdarə Heyətinə məlumat verir, problemlərin aradan qaldırılması üçün tövsiyyələr verir;
- Federasiyanın bütün üzvlərinin fəaliyyətinə nəzarət edir, nöqsan aşkar etdikdə bu barədə Baş Direktora məlumat verir;
- Federasiyanın məşq sisteminə yazılı razılıq verir;
- İdmançıların dərəcə alma işinə nəzarət edir;
- Kəmər imtahanı, yarışlar və Attestasiya imtahanlarının təşkili və keçirilməsinə nəzarət edir;
- Məşqlərə aid sənədlər, o cümlədən zalların qeydiyyat kitabları, dərəcə və kəmər qeydiyyat cədvəlləri və başqa zəruri sənədlərə imzası ilə razılıq verir;
- Baş Direktor və Ümumi Yığıncaq tərəfindən verilən digər tapşırıqları, eləcə də vəzifə borclarından irəli gələn başqa işləri həyata keçirir.
Federasiyanın Texniki Direktorunun hüquqları aşağıdakılardır:
- Məşqçilər Kollegiyasına namizədlərə və Milli Komandanın üzvlərinə yazılı razılığını bildirmək;
- Məşqçilərin və yığma komandanın təlim-toplanışlarında iştirak etmək;
- Məşqçilər Kollegiyasının iclaslarında iştirak etmək;
- Efir və ictimai yerlərdə nümunəvi çıxışlara yazılı və ya şifahi razılıq vermək;
- Ümumi Yığıncaq tərəfindən seçilməyən üzvlər və vəzifəlilərə qarşı cəzalandırmalar tətbiq etmək;
- İşində xüsusi fərqlənən Federasiyanın üzvlərinə həvəsləndirmələr tətbiq etmək üçün Federasiya rəhbərliyi qarşısında vəsatət qaldırmaq.
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının İcraçı Direktorunun
HÜQUQ və VƏZİFƏLƏRİ
Federasiyanın İcraçı Direktorunun vəzifələri aşağıdakılardır:
- Federasiyanın rəhbər orqanları, o cümlədən Ümumi Yığıncaq, İdarə Heyəti, Federasiyanın Prezidenti, Vitse-prezidentləri və Baş direktor, eləcə də Baş Məşqçi tərəfindən verilən əmr, sərəncam, göstəriş və tapşırıqları, tapşırıqlar cədvəlinə qeyd edir və onların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Federasiyanın bütün icra orqanlarının işlərini yoxlayır və problemləri aşkar edərək Baş Direktor və İdarə Heyətinə məlumat verir, problemlərin aradan qaldırılması üçün tövsiyyələr verir;
- Federasiya tərəfindən təşkil olunan yarışlar, kəmər imtahanları, iclaslar və digər tədbirlərin təşkil olunmasına nəzarət edir;
- Federasiyanın bütün üzvlərinin fəaliyyətinə nəzarət edir, nöqsan aşkar etdikdə bu barədə Baş Direktora məlumat verir;
- Məşqləri mütəmadi yoxlayır, problemləri aşkar edərək Baş direktor, Texniki direktor, Baş Məşqçi və İdarə Heyətinə bildirir;
- Baş Direktor və Ümumi Yığıncaq tərəfindən verilən digər tapşırıqları, eləcə də vəzifə borclarından irəli gələn başqa işləri həyata keçirir.
Federasiyanın İcraçı Direktorunun hüquqları aşağıdakılardır:
- Məşqçilərin və yığma komandanın təlim-toplanışlarında iştirak etmək;
- Ümumi Yığıncaq tərəfindən seçilməyən üzvlər və vəzifəlilərə qarşı cəzalandırmalar tətbiq etmək;
- İşində xüsusi fərqlənən Federasiyanın üzvlərinə həvəsləndirmələr tətbiq etmək üçün Federasiya rəhbərliyi qarşısında vəsatət qaldırmaq.
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının
Mədəniyyət və İntizam Direktorunun
HÜQUQ və VƏZİFƏLƏRİ
Federasiyanın Mədəniyyət və İntizam Direktorunun vəzifələri aşağıdakılardır:
- Federasiyanın mədəni fəaliyyətinə, o cümlədən Federasiyanın mədəni və KİV-lə iş bölmələrinin fəaliyyətinə, bu bölmələrin fəaliyyətinin Federasiyanın inkişaf proqramına müvafiq olmasına nəzarət edir;
- Federasiyanın üzvlərinin etik və davranış qaydalarına, onların davranışının nizamnaməyə uyğun olmasına nəzarət edir, problemlər aşkar etdikdə həmin üzvlərlə söhbət edir və bu barədə Baş Direktora məlumat verir;
- Məşqləri mütəmadi yoxlayır, problemləri aşkar edərək Baş Direktor, Texniki Direktor, Baş məşqçi və İdarə Heyətinə bildirir;
- Baş Direktor və Ümumi Yığıncaq tərəfindən verilən digər tapşırıqları, eləcə də vəzifə borclarından irəli gələn başqa işləri həyata keçirir.
Federasiyanın Mədəniyyət və İntizam Direktorunun hüquqları aşağıdakılardır:
- Federasiyaya üzv omaq üçün namizədlərlə söhbət aparmaq və onların üzvlüyə qəbul olunması üçün yazılı razılıq vermək;
- İdarə Heyəti tərəfindən qəbul olunan Federasiyanın inkişaf proqramına yazılı razılıq vermək;
- Məşqçilərin və yığma komandanın təlim-toplanışlarında iştirak etmək;
- Ümumi Yığıncaq tərəfindən seçilməyən üzvlər və vəzifəlilərə qarşı cəzalandırmalar tətbiq etmək;
- İşində xüsusi fərqlənən Federasiyanın üzvlərinə həvəsləndirmələr tətbiq etmək üçün Federasiya rəhbərliyi qarşısında vəsatət qaldırmaq.
İdarə Heyətinin 2 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Kapoeyra Federasiyasının Müfəttişinin
HÜQUQ və VƏZİFƏLƏRİ
Federasiyanın Müfəttişinin vəzifələri aşağıdakılardır:
- Federasiyanın maliyyə, hesabat, auidit, eləcə də maliyyə köçürmələri və mühasibatlıqla bağlı bütün məsələləri yoxlayır və problemləri aşkar edərək Baş Direktor və İdarə Heyətinə məlumat verir, problemlərin aradan qaldırılması üçün tövsiyyələr verir;
- Federasiyaya bütün daxilolmalara, o cümlədən tədbirlərdən, sponsor və tərəfdaşlardan, məşqlərdən, dövlət və özəl qurumlarından, habelə forma və məhsulların satışından və digər daxilolmalara nəzarət edir;
- Büdcənin düzgün və məqsədəmüvafiq xərclənməsinə nəzarət edir;
- Federasiyanın bütün üzvlərinin fəaliyyətinə nəzarət edir, nöqsan aşkar etdikdə bu barədə Baş Direktora məlumat verir;
- Məşqləri mütəmadi yoxlayır, problemləri aşkar edərək Baş Direktor, Texniki Direktor, Baş məşqçi və İdarə Heyətinə bildirir;
- Baş Direktor və Ümumi Yığıncaq tərəfindən verilən digər tapşırıqları, eləcə də vəzifə borclarından irəli gələn başqa işləri həyata keçirir.
Federasiyanın Müfəttişinin hüquqları aşağıdakılardır:
- Federasiya üçün əhəmiyyət kəsb edən sənədləşmə və müqavilələrə imzası ilə razılıq vermək;
- Məşqçilərin və yığma komandanın təlim-toplanışlarında iştirak etmək;
- Ümumi Yığıncaq tərəfindən seçilməyən üzvlər və vəzifəlilərə qarşı cəzalandırmalar tətbiq etmək;
- İşində xüsusi fərqlənən Federasiyanın üzvlərinə həvəsləndirmələr tətbiq etmək üçün Federasiya rəhbərliyi qarşısında vəsatət qaldırmaq.