Kəmər sistemi

 

AZƏRBAYCAN  KAPOEYRA  FEDERASIYASININ

 KƏMƏR SİSTEMİ VƏ KƏMƏR İMTAHANLARININ KEÇİRİLMƏSİ QAYDALARI HAQQINDA

Ə S A S N A M Ə S İ

 

Maddə 1. Ümumi müddəalar

 

1.1. Azərbaycan  Kapoeyra  Federasiyasının kəmər sistemi haqqında Əsasnaməsi (bundan sonra Əsasnamə adlanacaq)  Azərbaycan  Kapoeyra  Federasiyasında (bundan sonra federasiya adlanacaq) kəmər sistemini və kəmər imtahanlarinin (batizado) keçirilmə qaydalarını müəyyən edir.

 

1.2. Əsasnamə Ümumdünya Kapoeyra Federasiyasının (WCF) norma və tələbləri əsasında yaradılmışdır.

 

1.3. Federasiyanın kəmər sistemi Azərbaycanda kapoeyra idman növünün daha da inkişaf etdirilməsi, idmançıların peşəkar səviyyəsinin artırılmasına xidmət edir.

 

 

Maddə 2. Kəmər imtahanları (batizado)

 

2.1. İdmançıların peşəkar və ustalıq səviyyələrinin müəyyən edilməsi və artırılması məqsədilə kəmər imtahanları (batizado) təşkil ounur.

 

2.2. İmtahanlar federasiya tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə ildə ən azı bir dəfə təşkil edilir.

 

2.3. Kəmər imtahanlarının keçirilməsi üçün Federasiyanın icra orqanı  tərəfindən təşkilat komitəsi yaradılır.

 

2.4. İmtahanlarda iştirak edən idmançıların çıxışlarını referilərlə yanaşı Federasiyanın icraiyyə orqanı  tərəfindən yaradılmış münsiflər heyəti qiymətləndirir. Münsiflər heyəti kapoeyra texnikasından yaxşı anlayışı olan Federasiyanın rəhbər işçiləri və Məşqçilər kollegiyasının üzvlərindən ibarət olmalıdır.

 

2.5. Çıxış edən idmançıların təlimatlandırılması və yerində qiymətləndirilməsi üçün hər tatamidə ən azı bir referi olmalıdır.

 

 

Maddə 3. İmtahanlarda iştirak qaydaları

 

3.1. İmtahanlarda federasiyanın idmançıları ilə yanaşı, federasiya tərəfindən dəvət almış xarici dövlətlərdən idmançılar da iştirak edə bilərlər.

 

3.2. İmtahanlarda iştirak edən hər bir idmançı öncədən federasiyanın icra orqanı tərəfindən təsdiq edilmiş normativləri uğurla yerinə yetirməlidir.

 

3.3. . «Yaşıl» və «Sarı» kəmər səviyyələri üzrə  imtahan vermək üçün yaş məhdudiyyəti yoxdur. «Göy» kəmər səviyəsi üzrə imtahanda iştirak edən idmançıların yaşı 10-dan az olmamalıdır.

 

 

Maddə 4. Kəmər səviyyələri

 

4.1. Kəmərlərin rənglərlə müvafiq səviyyələri vardır. Hər hansı rəngli bir kəmərə yiyələnmək istəyən idmançı kəmər imtahanında iştirak etməli və imtahanı müvəffəqiyyətlə keçdikdə ustalıq səviyyəsinə uyğun müvafiq rəngli kəmərə yiyələnməlidir.

 

4.2. Kəmərlər rəngləri ilə aşağıdakı səviyyələrə bölünürlər (azdan çoxa):

 

  • Yaşıl kəmər;
  • Sarı kəmər;
  • Göy kəmər;
  • Yaşıl – Sarı kəmər;
  • Yaşıl – Göy kəmər;
  • Sarı – Göy kəmər.

 

 

4.3. Hər kəmər səviyyəsinin öz tələbləri vardır:

 

Yaşıl  kəmər :

  1. Mestre Bimbanın yaratdığı 1-2-ci sekvensiyalar.
  2. İdmançının seçdiyi biletə uyğun olaraq 1-ci kursdan hərəkətlər bloku.

Məsələn: Ginqa-Neqaçiva-Hole;   Au Şibata;  Bensau;  Neqaçiva Bankela.

  1. Hoda – fasiləsiz  2 dəq. (1 dəq. Bankela, 1 dəq. Rejional).

 

Sarı   kəmər :

  1. Mestre Bimbanın yaratdığı 1-2-3-4-cü sekvensiyalar.
  2. İdmançının seçdiyi biletə uyğun olaraq 1 və 2-ci kursdan hərəkətlər bloku.
  3. Hoda – fasiləsiz 2,5 dəq. (1 dəq. Bankela, 1,5 dəq. Rejional).

 

Göy  kəmər :

  1. Mestre Bimbanın yaratdığı 1-2-3-4-5-6-cı sekvensiyalar.
  2. Solo (1 dəq. ərzində).
  3. İntellektual suallar (3 sual). Mövzular :
  4. Kapoeyranın dünyada və Azərbaycandakı tarixi;
  5. Azərbaycanın tarixi və etnoqrafiyası;

III.  Kapoeyra terminləri (Portuqal dilində).

  1. Hoda – fasiləsiz 3 dəq. (1 dəq. Bankela, 2 dəq. Rejional).

 

Yaşıl – Sarı  kəmər :

  1. Solo (1,5 dəq. ərzində).
  2. İntellektual suallar (5 sual). Mövzular : (“Göy” kəmərə bax)
  3. Mestre Bimbanın yaratdığı 1-2-3-4-5-6-7-8-ci sekvensiyalar (4 sekvensiya ardıcıl göstərilməlidir).
  4. Hoda – fasiləsiz 3 dəq. (1 dəq. Bankela, 2 dəq. Rejional).

 

Yaşıl – Göy  kəmər :

  1. Solo ( 1.5 dəqiqə ərzində ).
  2. İntellektual suallar (5 sual ). Mövzular : (“Göy” kəmərə bax)
  3. Mestre Bimbanın yaratdığı 1-2-3-4-5-6-7-8-ci sekvensiyalar (6 sekvensiya ardıcıl göstərilməlidir).
  4. Hoda – fasiləsiz 3,5 dəq. (1,5 dəq. Bankela, 2 dəq. Rejional).

 

Sarı – Göy kəmər :

  1. Solo nümunəvi çıxış ( 2 dəqiqə ərzində );
  2. Kapoeyranın musiqi alətlərində (berimbau, atabake və pandeyra) ifa etmə qabiliyyətinin yoxlanılması;
  3. İntellektual suallar ( 6 sual ). Mövzular: (“Göy” kəmərda olan mövzulara bax);
  4. Hoda – fasiləsiz 3,5 dəqiqə ərzində ( 1,5 dəq. Bankela, 2 dəq. Rejional ).

 

4.4 Federasiya idmançılara yalnız “Sarı-Göy” kəmər səviyyəsinə qədər kəmər vermək hüququna malikdir. Daha yuxarı kəmərlər yalnız Ümumdünya Kapoeyra Federasiyasının (WCF) “Ustalar Şurası”nın üzvlərindən ibarət yaradılmış münsiflər heyətinin iştirakı ilə keçirilən kəmər imtahanlarında verilə bilər.

 

Maddə 5. Yekun müddəalar

 

5.1. İmtahanları müvəffəqiyyətlə keçmiş idmançılar ustalıq səviyyəsinə görə federasiya tərəfindən müvafiq kəmər alırlar.

 

5.2. «Yaşıl» və «Sarı» kəmər səviyyələri üzrə  imtahan verən idmançılar 1-ci və 2-ci imtahan tələblərinin  qüsürsuz və tam şəkildə yerinə yetirməlidirlər. «Göy», «Yaşıl-sarı»,  «Yaşıl-göy»,  və «Sarı-göy» kəmər səviyyələri üzrə  imtahan verən idmançılar isə intellektual sualların birinə cavab verməmək hüququna malikdirlər.

 

5.3. İmtahanlarda iştirak edən idmançıların «Hoda» və «Solo» imtahan tələbləri, ümumi fiziki və texniki səviyyəyə görə qiymətləndirilir.

 

5.4. İmtahanlarda iştirak haqqı federasiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.

 

5.5. İmtahanların nəticələrindən razı olmayan şəxslər yazılı şəkildə Federasiyanın İdarə Heyətinə müraciət edə bilərlər.

 

5.6. Bu Əsasnamə 03 iyun 2013-cü il tarixdən etibarən qüvvəyə minir.

 

Azərbaycan  Kapoeyra Federasiyasının

İdarə Heyətinin 02 iyun 2013-cü il tarixli protokolu ilə təsdiq edilmişdir

 

 

II. İMTAHANLARIN KEÇİRİLMƏ VAXTI VƏ YERİ

 

İmtahanlar __.__. 20__- il Bakı şəhəri,________________________________________________________________________________________________________________Başlanma vaxtı : saat 10:00.

 

 

 

III. İMTAHANLARA RƏHBƏRLİK

 

İmtahanların təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Kapoeyra Federasiyası tərəfindən həyata keçirilir. İmtahanların bilavasitə keçirilməsi isə  Azərbaycan Kapoeyra Federasiyasının Hakimlər Kollegiyası və imtahanların keçirilməsi üçün yaradılmış Təşkilat Komitəsinə həvalə edilir.

 

 

 

 

VII. Qeyd

 

İmtahanlarda iştirak etmək üçün son qeydiyyat tarixi: 30 may 2020-ci il.  Qeydiyyatdan keçmək üçün Azərbaycan Kapoeyra Federasiyasının qeydiyyat otağına yaxınlaşmaq lazımdır. Federasiyanın idmançısı qeydiyyat otağına yaxınlaşarkən onun məşqlərə buraxılış vəsiqəsinin qeyd  bölməsində normativlərin verilməsi haqqında məşqçi qeydi olmalıdır.

Həkim qeydiyyatından keçməyən idmançılar imtahanlara buraxılmırlar.

[/vc_column_text][/vc_column][/vc_row]