Sherifzade 75 A, Baku, Azerbaijan

Seçkilər baş tutdu

1ec3a91e-2c4c-4605-ae6f-a1a36782570b

 

Azərbaycan Kapoeyra Federasiyasının dörd ildən bir təşkil edilən ümumi yığıncaq konfransı keçirildi. Bu tədbir həm seçki, həm də hesabat xarakterli idi. Tədbirin açılışında Federasiyanın baş katibi Rüfət Vəliməmmədov sədrlik və katiblik seçimini səsverməyə çıxardı. Səsvermənin nəticəsinə əsasən, sədr Rüfət Vəliməmmədov, katib isə Asya Atayeva oldu.

Tədbirdə Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və vitse-prezidenti Elgiz Əlizadə federasiyanın son dörd illik fəaliyyətləri barədə hesabat verdilər. Sonra isə seçkilərin keçirilməsi üçün namizədlər irəli sürüldü və seçki prosesi başladı. Üzvlər prezident, vitse-prezident və idarə heyətinin üzvlərini səsvermə yolu ilə müəyyənləşdirərək seçki bülletenlərini şəffaf qutuya atdılar.
Nəticələri seçki komissiyasının üzvləri səsləri saydıqdan sonra elan etdilər və daha sonra Seçki Komissiyası tərəfindən təsdiq edildi.

Səsvermə nəticələrinə əsasən:

• Prezident: Günel Muradova
• Vitse-prezident: Elgiz Əlizadə
• İdarə Heyəti: Asya Atayeva, Rəhmatulla Eyvazov, Leyla Ağasıbəyli, Cəmil Hüseynov və Rüfət Vəliməmmədov oldu.

İclasın sonunda yeni seçilənlər təbrik olundu və onlara növbəti dörd illik fəaliyyətdə uğurlar arzu edildi.

#aze #birkimibirlikdə #capoeira #idman #federasiya