8-9 iyun Gənclər və idman Nazirliyinin dəstəyi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə Abşeron idman kompleksində Kapoeyra üzrə ölkə birinciliyi və çempionatı baş tutub.
Çempionatda 200-ə yaxın iştirakçı uşaq, yeniyetmə və gənclər arasında 14 qrup üzrə mübarizə aparıb.
Tədbirdə Braziliyanın ölkəmizdəki səfiri Cənab Manuel Monteneqro , Gənclər və İdman Nazirliyinin nümayəndəsi iştirak edərək qaliblərə diplom və medalları təqdim edib.