Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə 8-9 iyun tarixlərində Kapoeyra üzrə ölkə çempionatı keçiriləcəkdir.Abşeron Olimpiya idman kompleksində baş tutacaq yarışda bölgələr də daxil olmaqla 200-dən çox idmançının iştirakı gözlənilir. Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medalla təltif olunacaqlar.
Yüksək nailiyyət əldə etmiş idmançılar xarici yarışlarda ölkəmizi təmsil edəcəkdir.
Ölkə çempionatında iştirak üçün son qeydiyyat tarixi : 26 may.