Azərbaycan Kapoeyra Federasiyasının hakimlər komissiyasının peşəkarlıq səviyyəsinin artırılması üçün, Federasiyanın vitse-prezidenti, Beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə tərəfindən hakimlik kursu təşkil edilmişdir. Bugündən etibarən başlayan hakimlik kursunun müddəti 1 aydır və kursun sonunda iştirakçılar imtahan nəticəsində hakimlik dərəcələrinə yiyələnəcəklər..
