
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ölkəmizin “İdman Paytaxtı” Qəbələ şəhərində keçirilən idman paradında Azərbaycan Kapoeyra Federasiyasının nümayəndələri də iştirak ediblər. Tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək idmançıları təbrik ediblər.
İdman federasiyalarının, idman ictimaiyyətinin və könüllülərin iştirak etdiyi paradda kapoeyra idmançıları da öz yerlərini alaraq bu qədim döyüş sənətinin ölkəmizdəki inkişafını nümayiş etdiriblər.