
Azərbaycan Kapoeyra Federasiyasının məşqçisi və Bağçam uşaq bağçaları şəbəkəsində kapoeyra təlimçisi olaraq fəaliyyət göstərən Fərid Səlimov və Federasiya üzvlərinin iştirakı ilə “Bağçam”Uşaq Bağçaları Şəbəkəsində Kapoeyra günü keçirildi. Tədbirdə uşaqlar kapoeyra üzrə öyrəndikləri bacarıqları nümayiş etdirdilər. Həmçinin valideynlər də qonaq qismində iştirak edərək övladlarının kapoeyrada göstərdiyi məharətləri izləyə bildilər.
Bu tədbirin əsas məqsədi uşaqlarda kapoeyraya maraq yaratmaq, onların fiziki və psixoloji inkişafına dəstək olmaq, eyni zamanda valideynləri bu idman növünün faydaları barədə məlumatlandırmaq idi. Sonda iştirakçılara Federasiya tərəfindən sertifikatlar təqdim olunub.