Sherifzade 75 A, Baku, Azerbaijan

Baş Məşqçi Elgiz Əlizadə tərəfindən Nirvana kapoeyra klubunda seminar keçirildi

Xətai r. Gənclik Parkı (1170 x 540 mm)

Azərbaycan Kapoeyra Federasiyasının Baş məşqçisi Elgiz Əlizadə tərəfindən Nirvana kapoeyra klubunda seminar keçirildi. Seminarda klubun idmançılarına kapoeyra baza elemenləri ətraflı şəkildə izah edilmiş, düzgün texnika və hərəkətlər nümayiş etdirilmişdir.  Yarış qaydaları haqqında məlumat verən Elgiz Əlizadə kapoeyra yarışlarında hansı prinsip və qaydaların tətbiq olunduğunu və bununla yanaşı özünümüdafiə texnikalarınıda iştirakçılara izah etmişdir.
Həmçinin seminarda kapoeyra musiqisinin əhəmiyyəti və rolu haqqında məlumat verilmiş, kapoeyra musiqi alətləri , ifa olunan xüsusi ritmlərin funksiyası və mənaları izah edilmişdir.

Seminarın sonunda Elgiz Əlizadə iştirakçıların suallarını cavablandıraraq , onlara faydalı məsləhətlər vermişdir.

Bu seminar Kapoeyra idman növünün müxtəlif aspektlərini öyrənmək üçün Nirvana klubunun idmançılarına özəl təcrübə qazandırmışdır.