Paytaxtın Nizami rayonunda abad məhəllədə Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunmuş nümunəvi kapoeyra çıxışları edilib. Çıxışlarla yanaşı Nirvana Kapoeyra klubunun məşqçiləri tərəfindən açıq dərslər də keçirilib. Qeyd edək ki, Nazirliyin 30 illiyinə həsr olunmuş tədbirlər paytaxtın müxtəlif rayonlarında silsiləli şəkildə təşkil ediləcəyi gözlənilir. Tədbirlər Azərbaycan Kapoeyra Federasiyası və Bakı şəhər Gənclər və İdman idarəsi tərəfindən həyata keçirilir.