İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Kapoeyra yığmasının üzvləri Macarıstanda keçirilən Avropa çempionatı haqqında geniş məlumat veriblər.