Braziliya və Afrikanın mədəniyyət və tarixini özündə birləşdirən Kapoeyra döyüş sənəti Azərbaycanda inkişaf mərhələsi yaşayır. Uzun yol keçən və azadlığa uğurlu yol olan Kapoeyra ilk dəfə 1937-ci ildə Braziliya höküməti tərəfindən rəsmi olaraq döyüş sənəti və mədəni irs kimi tanınıb.
Azərbaycanda isə Kapoeyra 1997-ci ildən etibarən müxtəlif bölgələrdə “Yalnız Güclülər “filmi , “Tekken” komputer oyunu kimi vasitələrlə məhşurlaşdı. Beləcə Sumqayıt, Lənkəran , Beyləqan və Bakıda müxtəlif qruplar formalaşdırılaraq Kapoeyranın ölkədə əsası qoyuldu. Əsas qruplar Eira Kapoeyra, Sumqayıt və Kontakt Kapoeyra idman klublarının təbliğatı nəticəsində bu idman stili ölkədə uşaq və gənclərdə idmana yeni həvəs yaradaraq motivasiya mənbəyinə çevrildi.
Nəhayət 2007-ci ildə Fəalliyətin genişlənməsi nəticəsində Kapoeyra Federasiyası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı.
Bu gün Azərbaycan Kapoeyra Federasiyasının yaradılmasından düz 16 il keçir. Yarandığı gündən ölkədə bədən tərbiyəsi və idmanın kütləviləşdirilməsi fonunda kütləvi idman tədbirləri, çempionatlar , humanitar və sosial layihələr , beynəlxalq arenalarda yüksək nailiyətlər göstərən Azərbaycan Kapoeyra Federasiyası uğurla inkişafa davam edir .