12 noyabr tarixində komandamız Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan üçünçü “Qələbə Qaçışı” adlı xeyriyyə tədbirində aktiv iştirak etmişdir. “Qürurla irəli” şüarı ilə təşkil olunmuş tədbir Zəfərin üçüncü ildönümünə həsr olunub.
Tədbirə Kapoeyraçılarımızın nümunəvi çıxışları iştirakçıların və şəhər sakinlərinin böyük marağına səbəb olmuşdur..