“Gücümüz Cəsarətimizdədir!”

13 noyabr tarixində Xanım Kapoeyraçılarımız Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Gücümüz cəsarətimizdədir” adlı aksiyada iştirak edib. Bakının müxtəlif rayonlarını təmsil edən 600-dan çox qızın iştirak etdiyi tədbirdə Xanım idmançılarımız maraqlı çıxış proqramı və ustad dərsləri nümayiş etdiriblər.

Qeyd edək ki, Tədbirin təşkilində əsas məqsəd Qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin kütləvi şəkildə təbliği, asudə vaxtlarının səmərəli təşkilidir.