Sherifzade 75 A, Baku, Azerbaijan

“İDMAN HAMI ÜÇÜN” LAYİHƏSİ

Bu yay Azərbaycan Kapoeyra Federasiyası Gənclər və İdman nazirliyinin dəstəyi ilə “İdman Hamı üçün” layihəsi çərçivəsində keçirilən tədbirlərdə ən aktiv iştirak edən Federasiyalardan biridir. Belə ki Komandamız 26-27-28-29 iyun tarixlərində Bakı Konqres Mərkəzinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat” günlərində , 05.08.2023 tarixində Dədə Qorqud Parkında, 17.08.2023 tarixində Gənclər və İdman nazirliyinin dəstəyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarında, 19-20 avqust Tarixlərində Ağ şəhər ərazisində yerləşən Nizami Gəncəvi parkında, 02.09.2023 tarixində isə yenidən Dədə Qorqud parkında keçirilən tədbirlərdə iştirak etmişdir.

Ümumilikdə Layihə çərçivəsində Komandamız 9 nümunəvi çıxış və təlimlərdə iştirak edərək kapoeyra idman növünün təbliğatını aparmışdır.

🔻Qeyd edək ki, layihə çərçivəsində olan bu təlimlərin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.