19th Ave New York, NY 95822, USA

Kapoeyra üzrə Respublika birinciliyi və çempionatının ilk günü başa çatıb.

Azərbaycan Kapoeyra Federasiyasının yaranmasının 15 illiyinə həsr olunmuş Kapoeyra üzrə Respublika birinciliyi və çempionatının ilk günü başa çatıb. Birincilik üzrə yarışlarda 100-ə yaxın idmançı mübarizəyə qoşulub.

24 dekabr yarışın ilk günü Gənclər və İdman Naziri Fərid Qayıbov, Nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov , Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro və digər möhtərəm qonaqlar iştirak etmişdir. Cənab nazir və Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti Günel xanım çıxış edərək idmançılara uğurlar arzu etmiş və yarışı Açıq elan etmişdir.