19th Ave New York, NY 95822, USA

Fərid Qayıbov ölkəmizi uğurla təmsil etmiş idmançıları ilə görüşüb

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov noyabr ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Qeyd edək ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir. Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov bildirib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən nazir idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.Federasiyamızın Baş Məşqçisi Elgiz Əlizadə cənab nazirə kapoeyra idman növü haqqında ümumi məlumat və yarışlar haqqında geniş məlumat vermişdir. Həmçinin yığma komandanın üzvü Fərid Allahverdiyev sonuncu qalib olduğu yarışdan maraqlı xatirələrni bölüşüb.Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

#Gənclərİdman #Azərbaycanİdmanı #birkimibirlikdə