19th Ave New York, NY 95822, USA

Günel Muradova Cudo yarışında olan hadisəylə bağlı fikir paylaşdı.

Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti , İxtisasca Klinik Psixoloq olan Günel Muradova son zamanlar müzakirə mövzusu olan idman yarış zalında baş verən məlum hadisə ilə bağlı fikirlərini bildirərək bunları qeyd edib :Son hadisə meni və bir çox insanları sarsıtdı. 16 yaşlı gənc idmançı haminin gözü qarşısında biçaqlanaraq öldürüldü. 21-ci əsrdə gənc mənasız mövzunun qurbanı oldu.Əlbəttə bu hadisədə cəmiyyət hər kəsi qınadı. Orda olan şahidləri, cudo məktəbini və yarışma keçirilən məkanı.Bu hadisədə yalnız bir günahkar var -cinayyəti törədən şəxs.Şahidlər niyə müdaxilə etmədi? Bu çox qəliz sualdır. Onlar şok reaksiyası keçirə və ya qorxa bilərlər. Belə vəziyyətlərdə insan əsasən bu reaksiyaları verir (Fight, Flight, Freeze, Fawn)👇🏽🔹Mübarizə🔹Qaçmaq🔹Donma🔹RazılıqMübarizə – Təhlükədə hiss etdiyiniz zaman və təhlükəni dəf edə biləcəyinizə inandığınız zaman döyüş rejimidir. Beyniniz döyüşün fiziki tələblərinə sürətlə hazırlamaq üçün bədəninizə siqnallar göndərir (Döyüşmək, müdaxilə etmək)Qaçmaq – Bu, qaçaraq təhlükəni məğlub edə biləcəyinizə inanmaqdır. Bəzi hallarda qaçmaq ən yaxşı qərardır. Misal olaraq yanan binanı götürək. Yanğınsöndürən deyilsinizsə, oradan bacardığınız qədər tez çıxmaq yaxşıdır.Donma – Donma reaksiyası bizi müvəqqəti olaraq qorxudan iflic edir və hərəkət edə bilmirik. Bu cavabda biz təhlükə ilə mübarizə aparmaq və ya ondan qaçmaq əvəzinə heç nə etmirik; qəbul edilən təhlükə hipotonik və ya hərəkətsiz reaksiyaya səbəb olur.Razılıq – bu reaksiya daha çox cinsi təcavüzə və şiddətə məruz qalan şəxslərdə baş verə bilir. İnsan ölməmək və sağ qalmaq üçün qatilin dedikləri ilə razılaşa və onun simpatiyasını qazanmağa çalışa bilər.⚠️Bunların 4-ü də qorxu zamanı normal sayılır və buna görə şahidlər qınaq obyektinə çevrilməməlidirlər. Cinayəti törədən onlar deyil. Belə tənqidlərlə onlara günah hissi ötürə bilərsiniz və bu da gətirib çıxara bilər digər psixoloji problemlərə.Federasiya rəhbəri kimi tövsiyyələrimi etmək istərdim. Federasiyaların bu mövzuda marifləndirici görüşlər aparması mütləqdir. İdmançıların tək fiziki yox, psixoloji inkişafına və rifahına mütləq nəzarət edilməlidir.