19th Ave New York, NY 95822, USA

Oktyabrın 22-də ölkəmizdə ilk dəfə olaraq

Oktyabrın 22-də ölkəmizdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatı Təşkilatının tərəfdaşlığı ilə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə və ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 3-cü ildönümünə həsr olunmuş Beynəlxalq Xeyriyyə Yarmarkası keçirildi. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarmarkada Azərbaycan Kapoeyra Federasiyasının (AKF) komandası nümunəvi çıxış ilə iştirak edib.Həmçinin AKF-in Baş Direktoru Rüfət Vəliməmmədov Xarici İşlər Naziri Ceyhun Bayramova Kapoeyra Federasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib. Xeyriyyə məqsədi ilə keçirilən tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəlikləri də iştirak etdi.