19th Ave New York, NY 95822, USA

Braziliya Federativ Respublikasının 200 illik Müstəqillik günü.

Azərbaycan Kapoeyra Federasiyasının Rəhbərliyi, Məşqçilər kollegiyası və yığma komanda üzvləri Braziliya Səfirliyinin dəvəti ilə Braziliya Federativ Respublikasının 200 illik Müstəqillik gününə həsr olunan tədbirdə iştirak edib.

Diplomatik Nümayəndələr, Səfirliklər, Xarici işlər Nazirliyi və digər mühüm Rəhbər Orqan üzvlərinin iştirak etdiyi tədbirdə Gənclər və İdman Nazirinin Birinci Müavini Mariana Vasileva da tədbir iştirakçıları arasında idi.

Tədbir zamanı Azərbaycan Kapoeyra Federasiyasının Yığma komandasının üzvləri nümunəvi çıxış ilə tədbirə öz damğasını vurub.