19th Ave New York, NY 95822, USA

“Sağlam Cavan” layihəsindən Kapoeyra Seminarı

Azərbaycan Kapoeyra Federasiyasının Baş məşqçisi Elgiz Əlizadə Cavan gənclər təşkilatının “Sağlam Cavan” layihəsinin 3-cü həftəsində Gənclərlə görüş keçirmişdir. Onlara kapoeyranın faydaları, sağlam qidalanma ,eyni zamanda idmanla məşğul olmağın üstün tərəflərindən danışan Elgiz müəllim kapoeyranın yaranma tarixi, fəlsəfəsi haqqında da geniş məlumat vermişdir.
Sonda isə gənclərə məşq keçərək bu idmanın fiziki tərəflərini təcrübə etmək və həmçinin kapoeyra musiqisi və musiqi alətləri yaxından tanış olmaq üçün şərait yaradıldı.

Layihədən olan şəkilləri sizə təqdim edirik.