19th Ave New York, NY 95822, USA

Mestre Paulao- nun Elnur Məmmədovla görüşü baş tutmuşdur.

Bugün Ümumdünya Kapoeyra Federasiyasının Prezidenti Mestre Paulao Ceara, Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti Günel Muradova və Baş məşqçisi Elgiz Əlizadə İdman şöbəsinin müdiri Elnur Məmmədov ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində görüş təşkil etmişdir. Görüşdə Kapoeyra idman növünün ölkəmizdəki inkişafı, Beynəlxalq arenalarda kapoeyraçıların göstərdiyi nəticələr müzakirə olunub. Ümumdünya Kapoeyra Federasiyasının Prezidenti Gənclər və idman Nazirliyinə Kapoeyraya aid olan xüsusi berimbau musiqi alətini hədiyyə etmişdir və sonda görüş iştirakçıları xatirə şəkli çəkdirmişdir.