19th Ave New York, NY 95822, USA

Martın 30-da Nizami Kino Mərkəzində Bakı Braziliya Film Festivalının açılış mərasimi olub.

Martın 30-da Nizami Kino Mərkəzində Bakı Braziliya Film Festivalının açılış mərasimi olub.
Festival Mədəniyyət Nazirliyi və Braziliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimi Azərbaycan Kapoeyra Federasiyasının idmançılarının kapoeyra göstərisi ilə başlayıb.

Daha sonra Braziliyanın ölkəmizdəki səfiri Cənab Manuel Monteneqro çıxış edib. O çıxışı zamanı Kapoeyranın ölkəmizdə ki inkişafından və son layihələrimizdən bəhs edərək Azərbaycan Kapoeyra Federasiyasına öz təşəkkürünü bildirib.

Sonra “Qalib gəlmək üçün 10 saniyə” filmi nümayiş olunub. Film 60-70-ci illərdə ikiqat dünya çempionu olmuş, indi də bütün dövrlərin ən yaxşı döyüşçülərindən biri hesab olunan braziliyalı boksçu Eder Jofrenin bioqrafiyasından bəhs edir.

Aprelin 3-dək davam edəcək festivalda 4 bədii və 1 sənədli film nümayiş olunacaq.