19th Ave New York, NY 95822, USA

Şamaxıda uşaqlar üçün kapoeyra idman növü üzrə ustad dərsi keçirilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün Tədbirlər Planının icrası məqsədilə regionlarda uşaqlar arasında sağlam həyat tərzinin təbliği, onların idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili üçün “Regional İnkişaf” İctimai Birliyi tərəfindən idman federasiyaları ilə birlikdə həyata keçirilən “Kiçik çempionlar” layihəsi çərçivəsində idmanın müxtəlif növləri üzrə təşkil edilən silsilə idman tədbirləri davam etdirilir.

Növbəti ustad dərsi “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə Şamaxı rayonunda keçirilib.

8-12 yaş arası 50-dən çox uşağın iştirak etdiyi ustad dərsində kapoeyra idman növünün tarixi, musiqi alətləri, döyüş nəğmələri haqqında məlumat verilib, uşaqları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda peşəkar idmançılar tərəfindən bu idman növünün elementləri əyani nümayiş etdirilib.

Tədbirin sonunda RİİB tərəfindən bütün iştirakçılara sertifikat və medallar, fərqlənən uşaqlara isə hədiyyələr təqdim olunub.