19th Ave New York, NY 95822, USA

Azərbaycan Kapoeyra Federasiyasının kollektivi adından  Azad müəllimə Allahdan rəhmət diləyir. Ailəsin və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin.

1405399

Gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Bir müddətdir, ABŞ-da müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib. Onun cənazəsi Azərbaycana gətirilir.

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.

Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.

Azad Rəhimovun gənclər və idman sahəsində fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin  29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin  medalları ilə təltif edilib.