
Gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Bir müddətdir, ABŞ-da müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib. Onun cənazəsi Azərbaycana gətirilir.
Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.
Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.
Azad Rəhimovun gənclər və idman sahəsində fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.