Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti.

Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti.

Qarabağ…Azərbaycanın qədim tarixi yurdu…Təxminən 5 ay öncə əzəli diyarımızın adı çəkildikdə hər bir azərbaycanlının qəlbi intiqam hissindən alışıb yanır,30 illik həsrət ürəklərimizi dağlayırdı.Lakin indi mənzərə tamamilə fərqlidir.Hal-hazırki dövrümüzdə Qarabağımız işğalçılardan təmizlənib.Indi Qarabağ azaddır!

Azərbaycanın qədim tarixinin bir hissəsi Qarabağla bağlıdır.Hələ eramızdan əvvəl-Paleolit(qədim daş)dövründə burada ibtidai insanlar məskunlaşmışdılar.Insanlar mağaralarda və düzənliklərdə qrup halında yaşayırdılar.Ən qədim yaşayış məskənlərinə Azıx,Zar,Tağlar,Şuşa və digər mağaraları nümunə göstərmək olar.Xocavənddə yerləşən Azıx mağarasında aparılan tədqiqatlar nəticəsində tapılmış alt çənə sümüyü Qarabağın qədim tarixə malik olduğunu bir daha sübut edib.

Qarabağ regionu I-VI yüzilliklərdə albanların hakimiyyəti altında olmuşdur. Burada çoxlu tayfalar mövcud idi.Bu tayfaların siyahısına türk tayfaları olan utilər,qarqarları da əlavə etmək olar.

Erkən orta əsrlərdə Qarabağda əsas məşğuliyyət sahələri maldarlıq, əkinçilik və sənətkarlıq idi.Burada həmçinin dulusçuluq,şüşə istehsalı,ipəkçilik,toxuculuq və s. inkişaf edirdi.Qarabağ tarixində VIII əsrdən sonra mənəvi dəyişikliklər oldu. Albaniya tayfalarının çoxu İslam dinini qəbul etdi,az bir qismi isə əvvəlki dini olan Xristanlığa sitayiş etməyə davam etdi.

Qarabağda XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimimiyyəti mövcud idi.Qaraqoyunlu dövlətinin başçısı olan Cahan şahın əmri ilə 1441-ci ildə erməni katalikosluğunun Çuxursəəd ərazisinə köçürülməsini qeyd etmək lazımdır.Bu,erməni köçkünlərinin Qarabağa atdığı ilk addımlardan biri olmuşdur.

XVI əsrdə Şah İsmayılın başçılığı ilə Səfəvilər dövləti yarandı və bu imperiyanın formalaşmasında Qarabağda yaşayan tayfalar da iştirak edirdi. Bu dövrdə mərkəzi Gəncə şəhəri Qarabağ bəylərbəyliyi yaradılmışdı.Qarabağ bəylərbəyliyi Ziyadoğlu sülaləsi tərəfindən idarə olunurdu. 1600-cü illərdə iki böyük türk dövləti-Osmanlı və Səfəvilər arasında olan qarşıdurmaya görə Qarabağın türk-müsəlman əhalisinin çox hissəsi əyaləti tərk etdi.Hakimiyyətdə olan boşluqlardan alban-xristian məlikləri istifadə etdi, rüşvət və müəyyən hədiyyələr təklif etmə yolu ilə türk-müsəlman kəndlərini satın alıb ələ keçirdi.

XVIII əsrdə Səfəvilərin zəifləməsini görən Nadir xan hakimiyyətə gəldi və özünü şah elan edərək Əfşarlar dövlətinin hökmdarı oldu.

Nadir şah ona qarşı olan, Səfəvilərin tərəfdarı olan Qarabağ tayfalarını Xorasana sürgün etdi.Uzun sürən müharibələr Əfşarlar dövlətini də zəiflətdi.1747-ci ildə Nadir şah sui-qəsd ilə öldürüldü və Azərbaycan xanlıqlara,məlikliklərə parçalandı.

Yaranan xanlıqlardan biri də əsası Cavaşirlər sülaləsi tərəfindən qoyulmuş Qarabağ xanlığı idi.Pənahəli xanın başçılığı ilə Qarabağda Bayat,Şahbulaq və Pənahabad qalaları tikilmişdir.Ermənilər bu zamanlarda Azərbaycan torpaqlarında “erməni dövləti” yaradılması üçün müxtəlif planlar hazırlayırdılar.Onlar bu planını əsasən Qarabağ xanlığı ərazisində reallaşdırmağı düşünürdülər və tez-tez rus hakimiyyət orqanlarına müraciət edirdilər.

1805-ci ildə Qarabağ xanının rus İmperiyası ilə imzaladığı Kürəkçay traktatına əsasən Qarabağ xanlığı Rusiyadan bir növ asılı oldu.

1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Türkmənçay və Gülüstan müqavilələrindən sonra Qarabağa ermənilərin köçürülməsi prosesi daha da sürətləndi.130 min erməni Qarabağda məskunlaşdırıldı.

1905-1906-cı illərdə ermənilərin rusların yardımı ilə azərbaycanlılara qarşı törətdiyi soyqırımlar vandalizm aktlarıdır.Bu zaman 50 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdı.

Ermənilərin 1918-ci ildə türk-müsəlman xalqına aid torpaqlarda “Ararat” adlı erməni dövlətini yaratması onların Qarabağa qarşı olan niyətlərini aydın büruzə verirdi.Bu bir uydurma dövlət idi.

Ermənilər öz xislətlərindən heç zaman əl çəkmirdilər.20-ci yüzilliyin sonunda azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımlar bu faktı sübut edir.20 yanvar,Xocalı və Qarabağın digər rayonlarının işğalı,ermənilərin törətdiyi qırğınlar, heç bir zaman azərbaycanlıların yaddaşından silinməyəcək.

Hakimiyyətə gələn Heydər Əliyev 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında müvəqqəti atəşkəs barədə razılaşma qəbul etdi.Onun Azərbaycan və Qarabağ tarixində atdığı mühüm addımlar var idi.Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldiyi ildən Azərbaycanın dünyada təmsili, güclü ordunun qurulması kimi məsələlərə ciddi nəzarət edirdi.2016-cı ildə İlham Əliyevin başçılığı ilə həyata keçirilən Aprel döyüşləri əslində bizim nəyə qadir olduğumuzu, Azərbaycanın şanlı orduya sahib olduğunu sübut edən ən vacib döyüşlərdən idi.İlham Əliyev

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq qarşısında duran ən böyük vəzifəni-Qarabağın işğaldan azad olunmasını həyata keçirməkdən ötrü əlindən gələni etmiş vəə nəhaayət 2020-ci ildə bu tarixi Zəfərlə Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdi.Qarabağ Zəfərinin böyük bir tarixi əhəmiyyəti var.Çünki biz təxminən 30 il düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad etmişik.Çünki Qarabağ Azərbaycanın incisidir.Qarabağ uğrunda canını fəda edən hər bir Azərbaycan əsgəri daim yaddaşlarımızda qalacaq.Unutmamalıyıq ki,Qarabağ igid oğullarımızın qanı bahasına alınıb.Qarabağımızı göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının borcudur.Indi Qarabağ əsl sahiblərini qarşılayır.Indi Xarıbülbülün boynu bükülü deyil.İndi Qarabağımızda açılan hər səhər nurla doludur. İndi Qarabağ azaddır!Qarabağ həmişə Azərbaycan torpağı olub,indidə bizdədi və bundan sonra heç kim,heç bir qüvvə Qarabağa göz dikə bilməz!Qarabağ Azərbaycandır!

Yazar: Nəsirova Arzu Fərhad qızı