19th Ave New York, NY 95822, USA

Federasiyamızın Baş Məşqçisi Elgiz Əlizadə AZƏRTAC-a müsahibəsi.

Koronavirus pandemiyası ilə əlaqədar idmanın bir çox növləri üzrə yarışlara müəyyən fasilələr verilməsinə baxmayaraq, Azərbaycan Kapoeyra Federasiyasının (AKF) idmançıları solo kapoeyra üzrə onlayn turnirə qatılıblar.

AKF-dən AZƏRTAC-a bildiriblər ki, Ümumdünya Kapoeyra Federasiyası (WCF) tərəfindən videoformatda keçirilən “Joga Legal” adlı yarışda Braziliya, Yaponiya, Portuqaliya və digər ölkələrdən idmançılar çıxış edirlər.

AKF-in baş məşqçisi, Məşqçilər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə bu barədə danışaraq deyib: “Komandamız yarışda uğurlu çıxışını davam etdirir. Onlar hakimlərdən ən yüksək xalları alaraq növbəti raundlara yüksəliblər. Bundan əlavə, mən, Zahid RüstəmbəyovOxçu Şahmuradov yarışda beynəlxalq referi kimi fəaliyyət göstəririk.

Hazırda “Boys U-12” qrupunda Cəfər Usubov, “Boys-14” qrupunda isə Əli Tağızadə üçüncü yeri tutublar. Millimizin üzvləri Cavidan Pənahlı, Zülfüqar Zeynallı, Dilqəm İsmayılov və Azər Orucov turnirin finalında mübarizə aparacaqlar. Tamaşaçılar yarışa baxa bilər, həmçinin onlara dəstək verə bilərlər. Bunun üçün www.capoeira.ws saytda bəyənmə düyməsi əlavə edilib. Arzu edənlər sayta daxil olaraq yerli idmançılarımıza dəstək ola bilərlər.