19th Ave New York, NY 95822, USA

Azərbaycan Kapoeyra Federasiyasında yeni təyinatlar!

🇦🇿 𝔸𝕫ə𝕣𝕓𝕒𝕪𝕔𝕒𝕟 𝕂𝕒𝕡𝕠𝕖𝕪𝕣𝕒 𝔽𝕖𝕕𝕖𝕣𝕒𝕤𝕚𝕪𝕒𝕤ı𝕟𝕕𝕒 seçkilər keçirilmişdir.
10 avqust 2020 ci il tarixində federasiyanın Ümumi yığıncaq keçirilmişdir. Federasiyanın 20-dən çox üzvünün fiziki qatıldığı və onlayn qoşulduğu konfransda gündəlikdə duran məsələlər Nahid Ağazadənin istefası ve yeni rəhbər şəxslərin seçilməsi idi.
Nahid Ağazadə çıxışı zamanı bildirdiki, o seçiləndən bəri Federasiya Prezidenti vəzifəsi vakant qalmışdır və vəzifələrini müvəqqəti özü icra etmişdir. Daha sonra Nahid müəllim istefa səbəbləri barəsində danışaraq özünü inkişaf və öz sahəsi üzrə təkminləşmək üçün Estoniyanın Tallin şəhərində bir müddətlik gedəcəyi ilə əlaqələndirib.
Daha sonra bir neçe şəxslərin namizədliyi irəli sürülüb və yeni rəhbər orqanlara seçkilər keçirilib.

  1. Federasiya Prezidenti – İdarə Heyətinin Sədri və yeni Qanuni təmsilçi vəzifəsinə Muradova Günel Rüfət qızı
  2. Federasiya Vitse -Prezidenti vəzifəsinə Əhmədov Elmar Aydın oğlu seçiliblər.

Azərbaycan Kapoeyra Federasiyası və Storm Capoeira idman klubu seçilmiş üzvləri təbrik edir və işlərində müvəffəqiyyətlər arzu edir!




Günel Muradova 1992-cı ildə Lerik rayonunda anadan olmuşdur.

2010-2015-ci illərdə Azərbaycan Pedaqoji Universitetinin Biologiya fakültəsində təhsil almışdır. 2015-2018-ci illərdə İngiltərə, Liverpul Universitetində Psixi Sağlamlıq Psixologiyası üzrə magistr dərəcəsi almışdır. 2012-cı ildə Ankara Yildırım Beyazıt Hastanəsində reabilitasiya və komanda işi üzrə təcrübə keçmişdir.

2012-ci ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazırliyinin Psixi Sağlamlıq Mərkəzində , Reabilitasiya şöbəsində klinik psixoloq vəzifəsində çalışır.

2017-ci ildən etibarən “Psixososial yardım İB” layihəsində narkomaniya və QİÇS xəstəliyindən əziyyət çəkənlərə yardım çərçivəsində aktiv fəaliyyət göstərir.

2016-cı ildən etibarən Azərbaycan Psixiatriya Assosiasiyasının üzvüdür.

2019-cu ildən etibaren Pro HR Recruitment şirkətində təlimçidir. 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunlarında aktiv iştirakına görə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2016-cı ildə Azərbaycan Psixiatriya Assosiasiya terəfindən fəxri fərmanla təltif edilmişdir. Qlobal Fond, Dünya Səhiyyə təşkilatı, Azərbaycan Fövqalade Hallar Nazirliyi, Azərbaycan Gənclər Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, GİZ, UNDP, ASAN xidmət kimi qurumlarla birgə proyeklətlərdə və tədqiqatlarda iştirak etmişdir.

Əhmədov Elmar Aydın oğlu

1979 cu ildə Bakı şəhərində anadan olub

1997-2001 ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakultəsinin Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə təhsil almışdır

2001-2002 Daxili Qoşunlarda Hərbi Xidmətdə olmuşdur

2002 ci ildən başlayaraq bir neçə sahədə sahibkar kimi fəaliyyət göstərir

Fəaliyyət göstərdiyi sahələr :

2002-2005 NEON computers – Sahibkar

2004-2005 MQS şirkəti – İT Manager

2005-2006 BP – Engeneer assistant

2005-2010 Beko Computers Mağazalar Şəbəkəsi – Sahibkar

2007-2009 BM technologies şirkəti –
Servis mərkəzi – Director
Call Centre – Director
BM – Distribution – Director

2010 cu ildən Mister Mobile HK-Limited şirkəti – Sahibkar

2015 – 2018 Çin Xalq Respublikasının Huizhou Business ticarət palatası – Xarici əlaqələr üzrə baş məsləhətçi

2018 ci ildən – iService Express servis mərkəzləri- Sahibkar

2018 ci ildən STORM SPORT CLUB – Sahibkar


GÜNEL MURADOVA “AKF- Prezident”