19th Ave New York, NY 95822, USA

Kapoeyra üzrə onlayn açıq Bakı birinciliyi


🌐Məqsəd Pandemiya ərəfəsində idmançıları yarışa cəlb etməklə onları stimullaşdırmaq, idman fəaliyyətlərini aktiv saxlamaqdır. Zalların və idman qurğularının bağlanması , ətrafda covid-19 pandemiyasının yoluxma riski indmançılara fiziki və mənəvi zian vurmuşdur. Dövrün tələblərinə uyğun olaraq online şəkildə keçirilməsi planlaşdırılan bu yarış nisbətən mənəvi və fiziki cəhətdən idmançılara müsbət təsir edəcəyinə ümüd olunur.
Təşkilatçılar Azərbaycan Kapoeyra Federasiyası və Bakı Şəhəri Gənclər və idman Baş idarəsi
Qaydalar 2 Kateqoriya və 4 qrup üzrə iştirakçıların yarışmaları nəzərdə tutulur
Peşakar kateqoriyası A və B qrupu
Həvəskar kateqoriyası A və B qrupu
-Hər bir iştirakçı minumum 30 maximum 45
saniyə ərzində solo performans videosu hazırlaya bilər
-Videoda iştirakçı capoeira uniformasında olmalıdır

  • Performans videosu yalnız regional yəni sürətli stildə olmalıdır
    -Videoda idmançının hal hazırdakı vəzətini analiz etmək məqsədilə yeni çəkiliş olunması tələb olunur.
    -Yarışın Facebook,Youtube üzərindən canlı yayımlanaraq Online şəkildə hakimlər tərəfindən səs vermə ediləcəkdir.
    -Performans videosuna montaj və effektlə müdaxilə etmək olmaz
    -Videoya hər hansı capoeira musiqisi fon kimi əlavə etmək olar ( vacib deil)
    -Çəkiliş yalnız horizontal vəziətdə təşkil edilməlidir ( şəkil əlavə olunub) 🙏Hakimlik və Qiymətləndirmə
    -Qiymətləndirmə təyin olunan vaxt canlı yayım vasitəsi ilə təyin olunmuş hakimlər vasitəsi ilə 10 ballıq sistem ilə qiymətləndiriləcək
  • Ən çox bal toplayan idmançılar ilk 3-lükdə qalib hesab olunur.
    -İdmançılar Qeydiyatdan keçdikdən sonra onların qruplara bölünməsi həyata keçiriləcək
    Mükafatlandırma
    Online yarışın qaliblərinə medal , Diplom və digər qiymətli hədiyələrin verilməsi və bütün iştirakçılara sertifikat verilməsi nəzərdə tutulur.