Capoeiranin tarixi

Portuqalıyalılar 16-cı əsrin 30-cu illərində şəkər çuğunduru istehsalı üçün işçiyə ehtiyyac olduğunu düşünürdülər.Buna görədə onlar hinduları qula çevirib onların əməyindən istifadə etmək istəyirdilər. Hindular işçi deil,ovçu olduqlarından onlar bu işə uyğunlaşa bilmirdilər.Portuqalların verdiyi işgəncələr hinduların ölümünə səbəb olurdu.Buna görədə Kilsə hinduların kölələşdirilməsini qadağan etdi.
Yenidən istehsala davam etmək məqsədi ilə Afrikadan Brazilyaya 2-3 il ərzində 18 milyon qul gətirildi.Qulların coxu ağır şərtlər altında Brazilyanın şimal-şərqində şəkər çuğunduru istehsal edirdilər.Bu müddət ərzində bir çox qullar qaçmağa çalışmış,qaçarkən və qaçdıqdan sonra “Capitaes de mato” lar(meşələrin kapitanları) tərəfindən tutulur və çox ağır cəzalara məhkum olunurdular.Qaçmağa nail olan qullar “quilombos” adı daşıyan kəndlərdə məskunlaşırdılar.Palmares meşələrində quilombos sığınacaqları getdikcə çoxalmağa başladı.Lakin bu kiçik dəstələr Portuqal əsgərləri ilə bacaracaq gücdə deyildi.1635-ci ildə Quilombo-ların başına Ganga Zumba (Lider,öndə gedən)adlı bir şəxs keçdi.Ganga Zumba dəstələrin rəhbərliyini ələ keçirtdikdən sonra Portuqalia əsgərləri bir neçə dəfə hücumlar etsələrdə məğlub olmuşlar.1678-ci ildə Portugaliya ordusunun Generallarından olan Fernao Ganga Zumbayla anlaşaraq girov saxladığı 200 əsiri geri qaytarır. Dirənişdən təngə gələn Ganga Zumba bir neçə tərəfdarları ilə birlikdə lucaudakı sakit əraziyə köçür.Hər kəs Ganga Zumbanın və onun dəstəsinin yenildiyini düşünərkən qısa bir zamanda daha sərt və güclü bir adam Zumbi dəstənin başına keçir.
Capoeira
İlk quilombolar qurulmadan öncə Capoeira qullar tərəfindən təkminləşirdi.Ganga Zumbanın dönəmində də istifadə olunmasına baxmayaraq,Capoeira ən çox Zumbinin rəhbərlik dönəmində istifadə olnurdu.Zumbini və onun dəstəsini məğlub etmək üçün 9000 min əsgərlə hücuma gələn portuqallar istəklərinə nail oldular.Çox az sayda quilombolular sağ qalır.Bunlardan biridə Zumbidir.Zumbinin tərəfkeşlərindən olan Antonio Soares portuqalların əlinə keçir.Çoxlu işgəncələrə məruz qalan Soares Zumbini ələ verir.Soares və Zumbi qarşılaşdıqları zaman Zumbi sevindiyindən dostunu qucaqlayır,Soares isə Zumbini kürəyinə bıçaq zərbələri endirir.Beləliklə Zumbinin ölümündən sonra qulların dirəniş hərakatı sona çatır.
Qara dərili kölələrin alovlu silahlara qarşı ən böyük silahları Capoeira idi.13 may 1888-ci il “abalçao”(qulların dirçəlişi) dan sonra üsyançıların vazkeçilməz silahi Capoeirada qadağan edildi.Bütün bu əngəllərə baxmayaraq qara dərililərin yaratdığı Capoeira həyatda qalmağı bacardı. Bədənləri Silahları idi. Rəqsləri Kamuflyaj Bu gizlilik eyni zamanda onların həyat fəlsəfəsi və mədəniyyəti oldu.
Copyright 2017. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.