Federasiya haqqinda

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Kapoeyra döyüş sənəti 1990-cı illərin sonunda, "Yalnız Güclülər" filmi nümayiş olunduqdan sonra yaranmışdır. Eyni zamanda Lənkəranda, Sumqayıtda, Beyləqanda, Gəncədə və başqa bölgələrdə gənclər qrup halında kapoeyra ilə məşğul olmağa başlamışlar. Bakıda ilk kapoeyra məktəbi 2000-ci ildə Taleh Orucov tərəfindən yaradılmışdır. Bir müddət sonra bölgə məktəb və klubların bir araya gəlməsi nəticəsində Azərbaycan Kapoeyra Federasıyası vahid mərkəz kimi formalaşmışdır. Azərbaycanda kapoeyra döyüş sənəti yaranan gündən edilən intensiv məşqlər və gənclərimizdə kapoeyra döyüş sənətinə həvəs yaratmaq məqsədi ilə görülən işlərin nəticəsində paytaxtımız Bakıda və Azərbaycanın bir neçə regionlarında Kapoeyra üzrə Respublika və Beynəlxlaq yarışlar təşkil olunmuşdur. Bundan sonra Kapoeyra Azərbaycanda daha da yayılmış və məşhurlaşmışdır. Azərbaycan Kapoeyra Federasiyası ildə ən azı bir dəfə Respublika çempionatı, bir dəfə Bakı çempionatı və iki ildən bir "Azərbaycan Kuboku" uğrunda yarışlar təşkil edir. Bunlarla yanaşı federasiyamızın üzvləri beynəlxalq aləmdə, o cümlədən Beynəlxalq yarış, festival və seminarlarda Azərbaycanı layiqincə təmsil edirlər. Federasiyamızda Kapoeyra üzrə Avropa və Dünya çempionları olan idmançılar var. 2013-cü ildə Bakıda "Sərhədçi" olimpiya mərkəzində idman Kapoeyra üzrə dünya çempionatı keçirilmişdir. 40-dan ölkədən yüzlərlə idmançı yarışda iştirak etmişlər. Azərbaycanın iki idmançısı Fərid Allahverdiyev və Elsevər Heydərov 1-ci yerə çıxaraq qızıl medala sahib olmuşlar. Azərbaycanda ən böyük və ən tanınmış idman federasiyalarından biri sayılan Azərbaycan Kapoeyra Federasıyası bir çox yerli və beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Kapoeyra Federasıyası Ümumdünya Kapoeyra Federasiyasının tamhüquqlu üzvüdür. Azərbaycan Kapoeyra Federasıyası haqqında dəfələrlə bir çox yerli və beynəlxalq qəzet və jurnallarda məqalələr dərc olunmuş, bir çox yerli telekanallarda çıxışları olmuşdu
"Capoeira" Brazilya əsilli idman növüdür. Brazilyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü Brazilya başda olmaqla dünyanın 120 yaxın ölkəsində mövcuddur. Estetik görünüşü, musiqi, rəqs və döyüşü özündə cəmləşdirməklə digər döyüş növlərindən fərqlənir. Bir çox insana görə "Capoeira" bir döyüş sənəti, öznünü müdafiə üsulu və ya sadəcə bir oyun ola bilər. Brazilyadakı "Capoeira"nın təməlini qoyan qullar üçün Capoeira Azadlığa gedən yol idi. Əgər siz də "Capoeira" ilə maraqlanır və ya məşğul olursunuzsa bu yolu asanlıqla tapacaqsız! 1932-ci ilə qədər qadağan olunan "Capoeira"-ya Mestre Bimba (Mestre- "Capoeira"da ən yüksək dərəcə) yeni əlavələr edərək modernləşdirmiş və Brazilya dövlət rəsmiləri ilə ortaq qərara gələrək Capoeira-ya qoyulan qadağa aradan qaldırılmışdır. Bundan sonra "Capoeira" sürətli şəkildə inkişaf etmiş və daxilinə yeni stillər əlavə olunaraq, daha da modernləşmişdir.
Capoeira
"Capoeira" RODA (hoda) adı verilən insanlardan ibarət olan bir dairə içərisində, 2 şəxsin bəlli stillərdə və ritmlərdə oynanan oyundur. Bu oyunun adı JOGO-dur. Roda içərisində və Jogo (oyun)nun müəyyən qayda qanunları vardır. Roda içərisində "Capoeira"-ya məxsus olan, musiqi alətlərindən ibarət orkestr vardir. Orkestrə Berimbao, Pandeyru, Atabaque (atabake), Agogo və s. kimi müsiqi alətləri aiddir.
Berimbao istisna olmaqla digər musiqi alətləri sonradan əlavə olunub.
"Capoeira" tempə görə bir neçə növə bölünür. Rəqiblər bu növləərə əsasən asta, orta temp və sürətli Jogo (oyun) qururlar. Angola asta temp, Banguela orta temp, Regional isə sürətli növlərdir.
Copyright 2018. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.