Xocalı faciəsi!

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ümid edirik xalqımızın başına bu müsibəti açanlar cəzasız qalmayacaq. Alllah rəhmət eləsin!

Rəylər

  1. Hələki rəy yoxdur , ilk rəyi sen yaz... ;)
Giriş etmədiyinizə gorə rəy əlavə edə bilmərsiz...
Copyright 2018. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.