Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə 26.10.2017 ci il tarixində sayca 11-ci Batizado keçirilmişdir. Tədbirdə əslən Braziliyadan olan Polşa GCB Capoeira qrupunun rəhbəri, dünya çempionu, Professor Bailarino və tələbəsi İnstructor Ferro iştirak etmişdir. Respublikanın müxtəlif bölgələrindən tədbirə qatılmış 150-yə yaxın kapoeyraçı növbəti idman dərəcələrinə sahib olmuşlar. Batizadoda iştrak edən və imtahanlardan uğur qazanmış hər bir idmançımızı təbrik edirik və qarşıdan gələn yarışlarda uğurlar arzu edirik!
Rəylər