Azərbaycan Kapoeyra Federasiyanın yeni Prezidenti seçildi

Bu gün Azərbaycan Kapoeyra Federasiyanın Ali Orqanı sayılan - Ümumi Yığıncağın növbədənkənar sessiyası baş tutmuşdur.  Federasiyanın Nizamnaməsinə uyğun olaraq İdarə Heyətinin üzvlərinin azı yarısının tələbi ilə çağırılan sessiyada Federasiyanın 51 üzvündən 31 iştirak etmişdir, bu da Yığıncağın səlahiyyətli olması deməkdir.
Ümumi Yığıncağın gündəliyində duran əsas iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur: Ümumi Yığıncaqda iştirak edən demək olar hər kəs məsələlərlə bağlı öz fikirini bildirmişdir. Nəticədə aşağıdakı şəkildə qərar qəbul olunmuşdur:
1. Federasiyanın cari Prezidenti təşkilatın Nizamnamə qaydalarının tələblərin ciddi şəkildə pozduğuna görə cəzalandırılması. Məsələ müzakirə edildikdən sonra səsə qoyulmuş və 28 səs lehinə / 3 səs əleyhinə olmaqla qəbul edilmişdir. Beləliklə  o, 22.10.2017-ci il tarixdən Federasiyanın Prezidentliyindən və üzvlüyündən xaric edilmişdir.

2. Federasiyanın yeni Prezidenti kimi Ruslan Şamilovun namizədliyi təklif olunmuş və Ümumi Yığıncağın bütün üzvləri tərəfindən təklif səsə qoyularaq yekdilliklə qəbul olunmuşdur.

Bundan sonra Ümumi Yığıncaqda prezidentlərin təhvil-təslim məsələsi, Federasiyanın gələcək fəaliyyəti, növbəti il Bakı şəhərində baş tutacaq dünya çempionatı və sair müzakirə olunmuşdur. 

Ruslan müəllimin Federasiyanın Prezidenti seçilməsi münasibətilə biz də öz növbəmizdə Federasiyanın kollektivi adında onu təbrik edirik, ona çətin işində uğurlar arzu edirik!

Rəylər

  1. Hələki rəy yoxdur , ilk rəyi sen yaz... ;)
Giriş etmədiyinizə gorə rəy əlavə edə bilmərsiz...
Copyright 2017. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.