ƏN BÖYÜK ZƏFƏRİMİZ!

27.01.2017-ci il tarixdə ABSHERON MARRİOTT HOTEL-in şərq zalında Azərbaycanın idman tarixində ilk dəfə olaraq, Azərbaycanlının beynəlxalq idman təşkilatına rəhbər seçilməsinin, Ümumdünya Kapoeyra Federasiyasının (WCF) prezident qərargahının Azərbaycana köçürülməsinin, eyni zamanda Azərbaycanda kapoeyra idman növünün yaranmasının 20 illik yubileyi və “Zəfər” beynəlxalq idman mükafatının təqdimat mərasimləri keçirilidi.

Möhtəşəm şəkildə təşkil olunmuş bu tədbirdə bir çox dövlət rəsmiləri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları, federasiya rəhbərləri və sənət adamları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov nazir Azad Rəhimovun təbrikini və ürək sözlərini qonaqlara çatdırıb. Təbrikdə bildirilib ki, bu hadisə Azərbaycanın idman tarixində yeni bir səhifədir. Belə ki, Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilmiş Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov beynəlxalq idman təşkilatına rəhbər seçilmiş ilk Azərbaycan vətəndaşı kimi ölkəmizin idman tarixinə adını yazmışdır.

Daha sonra braziliyalı qonaq - Ümumdünya Kapoeyra Federasiyasının Ustadlar Kollegiyasının sədri, baş ustad Paulo Sales Neto öz çıxışında bildirib ki, Azərbaycan Kapoeyra Federasiyasının kapoeyra idman növünün dünyadakı inkişafında əvəzolunmaz rolu vardır. Taleh Orucovun ÜKF-yə prezident seçilməsinin əsas səbəblərindən biri də məhz budur.

Taleh Orucov da çıxış edərək öz növbəsində qonaqları salamlayıb və ona dəstək verdiyinə görə ilk növbədə cənab prezident İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, GİN-in şöbə müdiri Fərid Mansurov və Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova öz təşəkkürünü bildirib.

Tədbir kapoeyra üzrə dünya çempionatının mükafatçısı, braziliyalı professor Bailarinonun və Azərbaycan Kapoeyra Federasiyasının milli yığma komandasının kapoeyra nümayişi ilə davam edib.

Eyni zamanda Azərbaycan Kapoeyra Federasiyasının "İLİN YAXŞISI-2016" nominasiyaları üzrə qaliblər mükafatlandırılmışdır.

QALİBLƏR:

1. İlin məşqçisi- Etibar İsayev,

2. İlin idmançısı- Fərid Allahverdiyev,

3. İlin xanım məşqçisi- Xüraman Ramazanova,

4. İlin xanım idmançısı- Asya Atayeva,

5. İlin uşaq məşqçisi- Zahidbəy Rüstəmbəyov,

6. İlin regional məşqçisi- Murad Məmmədli,

7. İlin məsul işçisi- Nahid Ağazadə,

8. İlin təşkilatçısı- Elgiz Əlizadə,

9. İlin tərəfdaşı- İstək Liseyi.

Rəylər

  1. Hələki rəy yoxdur , ilk rəyi sen yaz... ;)
Giriş etmədiyinizə gorə rəy əlavə edə bilmərsiz...
Copyright 2017. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.