Batizado və Açıq Bakı Turniri!

14 və 15 iyun Abşeron Olimpiya İdman kompleksində Azərbaycan Kapoeyra Federasiyası və Bakı şəhər Gənclər və İdman baş idarəsinin birgə təşkilatçılığı ilə çempionat və kəmər imtahanı keçirildi. 200-dən çox idmançının qatıldığı tədbirdə Dünya Kapoeyra Federasiyasının prezidenti Mestre Paulao Ceara və Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Montenegro fəxri qonaq qismində qatılmışdı. Azərbaycan Kapoeyra tarixində ilk dəfə 3 nəfər idmançı Federasiya prezidenti Nahid Ağazadə, Baş məşqçi Elgiz Əlizadə və məşqçi Rauf Hüseynov Kapoeyra Professori dərəcəsi aldı. Turnirdə yer tutan və növbəti kəmər dərəcəsi alan bütün idmançıları təbrik edirik.

Rəylər

  1. Hələki rəy yoxdur , ilk rəyi sen yaz... ;)
Giriş etmədiyinizə gorə rəy əlavə edə bilmərsiz...
Copyright 2019. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.