Dünya Çempionatı!

11-12 may 2018-ci il tarixlərində Bakı İdman Sarayında Ümumdünya Kapoeyra Federasiyası (WCF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə idman kapoeyrası üzrə dünya çempionatı keçiriləcəkdir. Yarış həmçinin Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi və Braziliya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir. Yarışa 40-dan çox ölkədən yüzlərlə idmançı və komanda üzvünün, tamaşaçılarının qatılacağı gözlənilir. Yarışda həmçinin dünyanın 12 ən iri kapoeyra qrupları və onların Grand Masterləri, fəxri qonaq kimi rəsmi şəxslərin iştirakı gözlənilir. Yarış bir çox beynəlxalq televiziya və internet kanalları, o cümlədən Braziliya TV məkanında işıqlandırılacaq. Tədbir İdman Azərbaycan televiziyasında canlı nümayiş olunacaq. Dünya çempionatında ölkəmiz müxtəlif çəki və yaş kateqoriyaları üzrə 25 nəfər idmançı ilə təmsil olunacaqdır. Yığma komandamız hazırlıqları Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi Elgiz Əlizadənin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirir.

Rəylər

  1. Hələki rəy yoxdur , ilk rəyi sen yaz... ;)
Giriş etmədiyinizə gorə rəy əlavə edə bilmərsiz...
Copyright 2018. Design by Capoeira.az. Bütün hüquqlar qorunur.